Məşhur aktyor zorlamada təqsirləndirilir
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fransalı məşhur aktyor Jerard Depardye zorlama ittihamı ilə yenidən məhkəmə qarşısına çıxarılacaq. Paris Apellyasiya Məhkəməsi 77 yaşlı aktyorun 2018-ci ildə törədildiyi iddia olunan cinayətlə bağlı barəsindəki cinayət təqibinə xitam verilməsi üçün verdiyi şikayəti rədd edib. Təqsirli bilinərsə, aktyoru 20 ilədək həbs cəzası gözləyir.
Modern.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Aktyora qarşı ittihamı fransalı aktrisa Şarlotta Arnu irəli sürüb. Onun sözlərinə görə, 2018-ci ilin avqustunda Depardye Parisdəki evində onu iki dəfə zorlayıb.
Qadın iddia edir ki, həmin vaxt ailəsi ilə dostluq münasibətləri olan aktyorun yanına kino sənayesində karyerasına başlamaq üçün ondan kömək istəməyə gedib.
Arnu həmin ay polisə müraciət edib və bundan sonra araşdırmalara başlanılıb. Lakin bir il sonra sübutların kifayət etməməsi səbəbindən hüquq-mühafizə orqanları işi bağlayıb. 2020-ci ildə istintaq yenidən başladılıb və daha sonra aktyora qarşı rəsmi ittiham irəli sürülüb.
Depardye ittihamları qəti şəkildə rədd edir. O, Arnu ilə intim münasibətlərinin qarşılıqlı razılıq əsasında baş verdiyini israrla bildirir. Aktyorun müdafiə tərəfi işin məhkəməyə göndərilməsi barədə qərardan şikayət etsə də, apellyasiya instansiyasının son qərarı məhkəmə prosesinin keçirilməsinə yol açıb.
Zərərçəkmiş tərəfin vəkili Karin Dürye-Dyebolt məhkəmənin qərarını müdafiə etdiyi şəxsin qələbəsi kimi qiymətləndirib. Onun sözlərinə görə, Arnu bu anı uzun müddət gözləyib və məhkəmə prosesinə tam hazırdır.
Bununla belə, Depardyenin müdafiə tərəfinin Fransanın ən yüksək məhkəmə instansiyası olan Kassasiya Məhkəməsinə müraciət etmək imkanı hələ də qalır. Aktyorun vəkili David-Olivye Kaminski “Reuters” agentliyinə bildirib ki, hazırda bu addımın atılıb-atılmayacağı barədə qərar verməyə çalışırlar.
Aktyorla bağlı yeni məhkəmə prosesi onun barəsindəki digər səs-küylü işin fonunda başlayacaq. Belə ki, apellyasiya məhkəməsinin qərarından cəmi 10 gün əvvəl Depardye 2021-ci ildə film çəkilişləri zamanı iki qadına qarşı cinsi zorakılıq göstərməsi ilə bağlı ayrıca iş üzrə çıxarılmış ittiham hökmündən şikayət verməkdən imtina edib.
2025-ci ilin mayında məhkəmə aktyoru təqsirli bilib və 18 ay müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Həmin vaxt Depardye məhkəmənin qərarını qəbul etdiyini bildirib.
“Məhkəmə öz sözünü dedi. Mən təqsirli bilindim. Bunu eşidirəm və bu hökmü qəbul edirəm”, – deyə aktyorun bəyanatında qeyd olunub.
Bununla yanaşı, aktyor həyatında qarşılaşdığı qadınlara heç vaxt qəsdən zərər vermək niyyətində olmadığını vurğulayıb. O əlavə edib ki, niyyətlərinin belə olması kiminsə əziyyət çəkməsi faktını dəyişmir və bunu anlayır.
“The Hollywood Reporter” nəşrinin məlumatına görə, son illər ərzində Depardye barəsində cinsi zorakılıqla bağlı 20-dən çox ittiham irəli sürülüb. Bununla belə, 2025-ci ildəki məhkəmə prosesi aktyorun bu cür ittihamlarla ilk dəfə məhkəmə qarşısına çıxması ilə yadda qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 27 Noyabr 2026 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















