Məşhur avtomobil şirkətindən sürücülərə xəbərdarlıq 13 minə yaxın model geri çağırıldı FOTO
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
“Volkswagen” şirkəti elektrik doldurma zamanı yüksək gərginlikli akkumulyator elementlərində yaranan potensial həddindən artıq qızma ehtimalı ilə bağlı 12 352 ədəd “Touareg” modelini qlobal miqyasda geri çağırıb.
Avtosfer.az xəbər verir ki, şirkət bu addımı mümkün texniki nasazlıqların qarşısını almaq üçün “ehtiyat tədbiri” kimi qiymətləndirib.
Almaniyanın Federal Avtomobil Nəqliyyatı İdarəsi (KBA) bildirib ki, sözügedən texniki problem yanğın riski yarada bilər. Lakin qurum indiyədək nə yanğın, nə də hər hansı xəsarət alma halının qeydə alınmadığını vurğulayıb.
Geri çağırılma proqramı 2018-ci ilin sentyabr və 2024-ci ilin avqust tarixləri arasında istehsal olunmuş “Touareg” modellərini əhatə edir. Bu çərçivədə təkcə Almaniyada 4 853, digər ölkələrdə isə 7 000-dən çox avtomobil səlahiyyətli xidmət mərkəzlərinə çağırılıb.
“Volkswagen” xidmət mərkəzlərinə akkumulyator idarəetmə proqramının yenilənməsi ilə bağlı təlimat göndərib. Yenilənmiş proqram təminatı akkumulyator hüceyrələrinin vəziyyətini daha dəqiq şəkildə izləməyə imkan verəcək və mümkün qızma hallarının vaxtında aşkarlanmasına xidmət edəcək.
Hazırda geri çağırılma proqramı davam etdirilir və avtomobil sahiblərinə rəsmi xidmət mərkəzlərinə müraciət etmələri tövsiyə olunur.
Eltac Zülfüqaroğlu
Baxış sayı:37
Bu xəbər 17 Noyabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















