Məşhur bloqer TikToku almaq istəyir
Publika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Məşhur bloqer "MrBeast" (James Donaldson) "TikTok" platformasını Amerika Birləşmiş Ştatlarında bloklanmadan xilas etmək üçün almağı planlaşdırır.
Publika.az xəbər verir ki, o bu barədə sosial media səhifəsində açıqlama verib.
“Yaxşı, tamam, mən "TikTok"u alacağam ki, o, ABŞ-da qadağan olunmasın”, - amerikalı bloqer sosial şəbəkələrdə qeyd edib.
Bu açıqlamadan sonra "MrBeast"ə bir neçə milyarder yaxınlaşıb və ona Çin platformasını almaq üçün sövdələşməni yekunlaşdırmağa kömək etməyi təklif ediblər.
Xatırladaq ki, ABŞ prezidenti Co Bayden keçən il "TikTok"un amerikalı sahibini tapmalı olduğu qanunu imzalamışdı. Razılaşma bu ilin yanvarın 19-dan əvvəl baş tutmalıdır, əks halda platforma ABŞ-da qadağan olunacaq.
Hüseyn İbadlı
Baxış sayı:90
Bu xəbər 15 Yanvar 2025 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















