Məşhur Evdə tək filminin çəkildiyi ev 5 milyon dollara satılıb
Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Məşhur “Evdə tək” filminin çəkildiyi malikanə Milad bayramı ərəfəsində 5,25 milyon dollara satılıb.
Azpost.info bildirir ki, ev Çikaqonun ətrafında yerləşir. Bu ilin may ayında satışa çıxarılıb. Əvvəllər malikanə 2012-ci ildə 1,58 milyon dollara satılmışdı. Evin yeni sahiblər evdə geniş mtəmir apararaq yenidən qurublar.
Nəticədə burada böyük qış bağı, kinozal və basketbol meydançası yaranıb. Kult filminin baş qəhrəmanının xizəklə endiyi ikinci mərtəbəyə əsas pilləkən də yenidən qurulub.
Filmdə baş rolu oynamış Makley Kalkin Amerika mediasına müsahibəsində bildirib ki, o, malikanəni attraksiona çevirmək üçün alacaq. Aktyorun ideyasına görə, komediya həvəskarları bura gəlib filmdən səhnələri canlandıra bilərdilər. Lakin sonradan məşğul olduğunu əsas gətirərək bu ideyadan vaz keçib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 02 Yanvar 2025 10:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















