Məşhur futbolçu karyerasını bitirdi
Teleqraf.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İspaniya millisinin heyətində dünya və ikiqat Avropa çempionu olmuş Xesus Navas karyerasını başa vurub.
Teleqraf.com xəbər verir ki, "Sevilya"nın 39 yaşlı müdafiəçisi üçün La Liqanın XVIII turunda "Real"la səfər matçı (2:4) sonuncu olub.
Təcrübəli futbolçu qarşılaşmanın 65-ci dəqiqəsində meydana daxil olub. O, daha əvvəl bud nahiyəsində ciddi problemlər yaşadığı üçün mövsümün ortasında karyerasını bitirmək məcburiyyətində qaldığını söyləmişdi.
Qeyd edək ki, müdafiəçi İspaniya millisində meydana çıxdığı 56 oyunda 5 qolla yadda qalıb. Karyerası ərzində "Sevilya" və "Mançester Siti"nin formasını geyinmiş X.Navas bu komandaların heyətində ümumilikdə 672 oyun keçirib, 33 qol vurub.
Baxış sayı:91
Bu xəbər 23 Dekabr 2024 09:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















