Məşhur moda şirkətini 1,375 milyard dollara satıblar
Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Prada" şirkəti dünya şöhrətli "Versace" şirkətini almaq barədə razılığa gəlib.
Reyting.az xəbər verir ki, bu barədə "Reuters" yazıb.
İtaliyanın məşhur brendi sayılan "Prada" moda evi apardığı danışıqlardan sonra ABŞ-nın "Capri Holdings"-nin ən böyük rəqib brendi "Versace"-ni borcları da daxil olmaqla, 1,375 milyard dollara almağa razılaşıb.
Bildirilir ki, yeni müqavilə həm də İtaliya moda məkanında iki ən böyük adı bir araya gətirəcək və İtaliyanın lüks sənayedəki mövqeyini gücləndirəcək.
"Prada" şirkətinin İdarə Heyətinin sədri Patrizio Bertelli deyib:
"Biz "Versace" irsini, onun cəsarətli, eyni zamanda bütün dövrlərə uyğun, həmişə də dəbdə olan özünəməxsus estetikasını xüsusilə qeyd etməliyik. Biz onu yenidən inkişaf etdirməyə, dəb ənənələrini davam etdirməyə çalışacağıq".
"Prada"-nın "Versace" moda evini alması təxminən altı milyard avroluq dövriyyəyə malik konqlomerat yaradacaq. Bunun da nəticəsində "Prada", bazarın ən böyük və dünyaca məşhur brendlərinə sahiblənmiş Fransanın "LVMH", həmçinin "Kering" şirkətləri ilə güclü rəqabət apara biləcək.
Oqtay QORÇU
Bu mövzuda digər xəbərlər:Məşhur kino şirkətini satışa çıxarıblar
22 Oktyabr 2025 13:57
“Google” enerji şirkətini 4,75 milyard dollara alıb
24 Dekabr 2025 10:31
AMD 4,9 milyard dollara ZT Systems şirkətini alıb
31 Mart 2025 22:09
Visa kibertəhlükəsizlik şirkətini 2,4 milyard dollara satın alacaq
04 Avqust 2026 11:35
SpaceX 60 milyard dollara süni intellekt şirkətini aldı
17 Avqust 2026 16:55
Baxış sayı:161
Bu xəbər 11 Aprel 2025 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















