Məşhur model Aya eniş edildiyinə inanmır, NASA ya səslənir: Məni göndərin!
Icma.az, Oxumeni.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sosial media məşhuru və model CeCe Rose NASA-ya qeyri-adi bir müraciət etdi. Yer üçün "əla səfir" olacağını iddia edən Rose, növbəti Ay missiyasında iştirak etmək istədiyini açıqladı.
Oxuməni.az xəbər verir ki, sosial media məşhuru və model CeCe Rose açıqlamaları sayəsində sosial şəbəkələrin diqqətini yenidən özünə cəlb elədi. İnstaqramda 2 milyondan çox izləyicisi olan 26 yaşlı məşhur gələcək NASA-nın Ay missiyasında iştirak etmək istədiyini açıqladı.
Yer kürəsini təmsil etmək üçün doğru insan olduğunu iddia edən Rose dedi: "Bəşəriyyət adından Aya getməkdən məmnun olardım. İnanıram ki, Yer kürəsinin əla səfiri olardım."
CeCe Rose, diqqətəlayiq açıqlamalarında Apollo missiyaları ilə bağlı şübhələrini də dilə gətirib. Bəşəriyyətin heç vaxt Aya uğurla eniş etdiyinə inanmadığını deyən məşhur, "Aya ayaq basdığımıza inanmıram. Oraya çatmağın mümkün olmadığını düşünürəm. Sadəcə, uğurlu enişin heç vaxt edildiyinə inanmıram" deyib.
Məşhur həmçinin əyləncə sənayesindəki təcrübəsinin bu fikirləri gücləndirdiyini iddia edib.
Rose, teatr və səhnə əsərlərinin nə qədər real şəkildə səhnələşdirilə biləcəyini gördüyünü qeyd edərək, ilk Aya eniş görüntülərinin film çəkiliş meydançasında lentə alına biləcəyi fikrini bildirib.
26 yaşlı məşhurun açıqlamaları sosial mediada tez bir zamanda müzakirə mövzusuna çevrilsə də, bəzi istifadəçilər Rose-u dəstəkləyib, digərləri isə onun iddialarına reaksiya verib. Sosial media məşhuru və model CeCe Rose açıqlamaları sayəsində müzakirə mövzusuna çevrilib. İnstaqramda 2 milyondan çox izləyicisi olan 26 yaşlı məşhur, gələcəkdə NASA-nın Ay missiyasında iştirak etmək istədiyini açıqladı.
Yer kürəsini təmsil etmək üçün doğru insan olduğunu iddia edən Rouz, "Bəşəriyyət adından Aya getməkdən məmnun olardım. İnanıram ki, Yer kürəsinin əla səfiri olardım" dedi.
Əziz Mustafa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:187
Bu xəbər 07 Avqust 2026 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















