Məşhur müğənni: Nənə və babamın yaşadığı Sumqayıta gedəcəyik
Icma.az bildirir, Bizim media portalına istinadən.
Xəzər dənizinin sahilində yerləşən "Sea Breeze Resort"da ənənəvi olaraq minlərlə qonağı və onlarla məşhur sənətçini bir araya gətirən "DREAM FEST 2026" illik beynəlxalq musiqi festivalı start götürüb.
Bizim.Media xəbər verir ki, burada çıxış edən rusiyalı müğənni Stas Mixaylov Azərbaycana hər səfərini xüsusi istiliklə xatırladığını və ölkəmizi ikinci Vətəni hesab etdiyini söyləyib:
"Bura gəlmək mənim üçün həmişə xoşdur. İmkanım olsaydı, Azərbaycana daha tez-tez gələrdim".
O, festivala uşaqları ilə gəldiyini və onları Azərbaycanla tanış etmək niyyətində olduğunu qeyd edib:
"Birigün nənə və babamın yaşadığı Sumqayıta gedəcəyik. Uşaqlar burada ilk dəfədirlər, ona görə də onlara bu yerləri göstərmək istəyirəm".
Sənətçinin sözlərinə görə, ailə səfəri proqramına İçərişəhərə gəzinti və Azərbaycan mətbəxi ilə tanışlıq da daxildir:
"Onlar Bakını görməli, onun koloritini hiss etməli və yerli mətbəxi dadmalıdırlar". (sumqayit24.az)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 27 İyul 2026 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















