Icma.az
close
up
RU
Məşhur müğənni Şəki yaylası nın sahibindən şikayətləndi

Məşhur müğənni Şəki yaylası nın sahibindən şikayətləndi

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Müğənni Niyam Salami çalışdığı məkanda haqsızlığa məruz qaldığını iddia edib.

Modern.az xəbər verir ki, sənətçi bir neçə gün əvvəl iki nəfərin ölümü ilə nəticələnən kanat qəzasının baş verdiyi “Şəki yaylası” istirahət mərkəzinin sahibindən şikayətlənib. Niyam həmin şəxsin Novxanıda yerləşən restoranında çalışdığını və işdən ayrıldıqdan sonra problemlərlə üzləşdiyini iddia edib:

“İndi də eşitdim Şəki yaylağında açdığın yerdə kanat çəkirsən. Kanatı işi bilənlərə çəkdir. Öz qayınına kanat çəkdirdin, 100 min ayırdın, hərə bir az cibinə qoydu, bu gün də kanat çəkildi. Camaatın balasını öldürdün. Sənin ucbatından camaatın balası öldü. Nə kanata, nə başqa şeyə baxan var. Pul gözünü örtüb”.

N.Salami daha sonra keçmiş iş yeri ilə bağlı yaşadığını iddia etdiyi problemlərdən danışıb:

“3 ildir mənə əzab verildi. Nə efirdə, nə dost yanında danışa bildim. Səbir etdim, Allaha tapşırdım. Novxanıda bir obyektdə çalışırdım. Müdiriyyətin başıma gətirdiyi oyunlardan danışa bilmirdim. Bir il çalışdım, ikinci il qışa düşdü. Qışda dəniz kənarında məkanlar işləmir. Getdim böyük heyətlə. Sizin əxlaqsızlığınızı, şeytan işlərinizi gördüm. Dedim, yayı yola verim, qışda gedim”.

Sənətçi rəhbərlik tərəfindən borclandırıldığını da iddia edib:

“Hər ay üstümə adam göndərib faizi qaldırırdın. Fəhlə işləyirdim? Qırğınlarımız başladı. Mənə zülm verməyə başladılar. Çıxmaq istəmirdim, borclar qalmışdı. Düşünürdüm ki, çalışım, ödəyib çıxım. Rəhbərlik dedi, ödəyəcəyik. Mən gedən kimi bütün şirkətləri mənim üstümə göndərdilər. Hər gün mənə şirkət zəng edir, pul istəyir”.

Niyam həmçinin ad günündə ona ev hədiyyə ediləcəyinin deyildiyini, lakin sonradan bununla bağlı sənədlərin saxta olduğunu iddia edib:

“Mənə ad günümdə guya ev hədiyyə verirdi, sənət gətirdi. İmza atdım, guya ev verildi. Sən demə, saxta imiş. Mənə zülm etdiklərin üçün iş otağın yandı, cavan qardaşın rəhmətə getdi. Restoranda camaata zülm verirsən, işçilərin maaşını kəsirdin”.

Xatırladaq ki, hadisə nəticəsində 27 yaşlı Ucal Bayramov və 31 yaşlı Coşqun Məmmədov həyatını itirib. Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Sentyabr 2026 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see344

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see276

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see262

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see262

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see258

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see248

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see247

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see245

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see244

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see238

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see230

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see228

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see218

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see218

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see218

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see215

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see196

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see194

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see187

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri