Məşhur müğənni toy tarixini açıqladı
Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyəli məşhur müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə evlilik planları barədə yeni açıqlama verib.
Lent.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, müğənni nikah mərasiminin dekabr ayında keçiriləcəyini bildirib. Lakin mərasimin dəqiq günü hələlik açıqlanmayıb.
Xatırladaq ki, fevral ayında nişanlanan cütlük daha əvvəl də evlilik planları barədə danışmışdı. Melih Kunukçu sentyabr ayında verdiyi açıqlamada toy üçün konkret tarix müəyyənləşdirmədiklərini, 2027-ci ili düşündüklərini, lakin nikahın 2026-cı ildə baş tuta biləcəyini söyləmişdi.
Müğənni isə daha əvvəl qatıldığı tədbirlərdən birində jurnalistlərin suallarını cavablandırarkən sevgilisinə səslənmişdi: “Hazırda futbol matçına baxır, amma buradan sevgilimə səslənirəm. Bu il bitənə qədər o imzanı atmasan, məni unut!”
İrem Dericinin son açıqlamasından sonra cütlüyün toy hazırlıqları yenidən Türkiyə maqazin mediasının gündəminə gəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 05 Noyabr 2026 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















