Icma.az
close
up
RU
Məşhur mühafizə şirkəti Əməyin Mühafizəsi Gününə həsr olunmuş tədbir keçirdi Fotolar/Video

Məşhur mühafizə şirkəti Əməyin Mühafizəsi Gününə həsr olunmuş tədbir keçirdi Fotolar/Video

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar olaraq  “Security Operation Services” (SOS) MMC-də tədbir keçirilib.

Bu barədə Gununsesi.info–ya şirkətdən məlumat verilib.

Bildirilib ki, tədbirdə “SOS” MMC-nin rəhbərliyi və əməkdaşları ilə yanaşı, şirkətin əməkdaşlıq etdiyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əməyin Mühafizəsi Mərkəzinin nümayəndəsi Mədinə Mirili, ESEN Tekstil şirkətinin məsul şəxsi Tünzalə Orucova və YUNİK şirkətinin rəhbəri Coşqun Məmmədov da iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan şirkət direktoru Anar Məmmədov qonaqları və iştirakçıları salamlayaraq, günün əhəmiyyətindən bəhs edib.

Daha sonra çıxış edən Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əməyin Mühafizəsi Mərkəzinin aparıcı mütəxəssisi Mədinə Mirili bildirib ki, Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən bu gün 2003-cü ildən etibarən Ümumdünya Əməyin Mühafizəsi Günü kimi qeyd olunur.

Onun sözlərinə görə, bu günün əsas məqsədi istehsalatda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması, eləcə də sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına ictimai diqqətin artırılmasıdır.

M.Mirili çıxışında bildirib ki, Azərbaycanda əmək hüquqlarının qorunması, əməyin mühafizəsi və təhlükəsiz, sağlam iş şəraitinin yaradılması dövlətin sosial siyasətində mühüm yer tutur. O, əlavə edib ki, bu sahədə Beynəlxalq Əmək Təşkilatının prinsiplərinə uyğun olaraq normativ-hüquqi baza formalaşdırılıb və bir sıra beynəlxalq konvensiyalar ratifikasiya edilərək ölkə qanunvericiliyinə inteqrasiya olunub.

Həmçinin o, Konstitusiyanın 35-ci maddəsində hər bir vətəndaşın təhlükəsiz və sağlam iş şəraitində işləmək hüququnun təsbit olunduğunu vurğulayıb.

M.Mirili vurğulayıb ki, 1999-cu ildə qəbul edilmiş Əmək Məcəlləsində əmək münasibətlərində olan tərəflərin – həm işçinin, həm də işəgötürənin hüquq və vəzifələri, qarşılıqlı məsuliyyətləri və əməyin mühafizəsi ilə bağlı əsas prinsiplər aydın şəkildə əksini tapıb.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əmək hüquqlarının qorunması daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə işçilər üçün təhlükəsiz və layiqli əmək şəraitinin yaradılması məqsədilə ardıcıl islahatlar aparılır, mövcud qanunvericilik mütəmadi olaraq yenilənir və təkmilləşdirilir.

Daha sonra çıxış edən ESEN Tekstil şirkətinin nümayəndəsi Tünzalə OrucovaYUNİK şirkətinin rəhbəri Coşqun Məmmədov “SOS” MMC ilə əməkdaşlıqdan məmnun olduqlarını bildirərək, belə maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıblar.

Şirkət direktoru Anar Məmmədov tədbir zamanı bildirib ki, təsdiqlənmiş illik plan-qrafikə əsasən, müəssisədə işçilərlə əməyin mühafizəsi sahəsində mütəmadi olaraq tədbirlər, monitorinqlər və təlimlər həyata keçirilir:

“Məqsədimiz əməkdaşların sağlamlığı və təhlükəsizliyini təmin edən iş şəraitini yaratmaqdır. Müəssisəmizdə əməyin təhlükəsizliyi və sağlamlığının idarə edilməsi ilə bağlı konkret sahələr üzrə təlimatlar hazırlanıb və hər bir iş yerində tətbiq olunur. Eyni zamanda, işçilərin əməyin mühafizəsi sahəsində maarifləndirilməsi üçün müntəzəm təlim kursları təşkil edilir”.

A.Məmmədov əlavə edib ki, işçilərin sağlamlığı və təhlükəsizliyi hər zaman ön plandadır:

“Hər bir əməkdaşımızın təhlükəsiz şəraitdə çalışması üçün bütün lazımi tədbirləri görürük. Məhz bu tədbirlərin nəticəsi olaraq, 2024-cü il ərzində şirkətin 5 əməkdaşı və 2025-ci ilin sonuna qədər ümumilikdə 10 nəfər müvafiq təlim kurslarına cəlb edilib. Onlardan ikisi Beynəlxalq NEBOŞ sertifikatı, digərləri isə FHN-nin təşkil etdiyi 30 saatlıq təlim kurslarını başa vuraraq biliklərini artırıblar. Şəxsi heyətimizin bədbəxt hadisələrdən sığortalanması, xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilməsi bizim ən əsas prioritetlərimizdən biridir. İşçilərlə ilkin, vaxtaşırı və mütəmadi təlimatlandırma işləri aparılır və bununla da əməyin mühafizəsi sahəsində yüksək standartların qorunması təmin edilir”.

Sonda tədbir iştirakçıları ESEN TekstilYUNİK şirkətinin təqdim etdiyi xüsusi geyim formaları və texniki vasitələrlə tanış olublar.

Görüş maarifləndirici videoların nümayişi və sual-cavab sessiyası ilə davam edib.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 28 Aprel 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see246

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see235

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see211

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see199

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see167

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see167

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see154

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see150

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see145

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see140

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see137

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri