Məşhur nəşr Mahir Emrelini tənqid etdi
Icma.az, sport24.az portalına istinadən məlumat yayır.
Almaniyanın məşhur "Bild" nəşri "Nürnberq"in hücumçusu Mahir Emrelinin II Bundesliqanın 15-ci turunda "Elfersberq"lə oyununu dəyərləndirib. Sport24.az xəbər verir ki, 27 yaşlı hücumçunun performansı tənqid edilib:
"Azərbaycan millisinin oyunçusunun "Paderborn"a 2:3 hesablı uduzduqları oyunda etdiyi qol ötürməsindən başqa son bir neçə həftədə çox az uğurlu matçı olub. Emreli "Elfersberq"lə görüşdə (1:2) bir neçə qol şansı əldə etsə də, sonluğu gətirə bilmədi".
Komandanın baş məşqçisi Miroslav Kloze də hücum xəttindən razı olmadığını bildirib: "Hücumçularımızda digər oyunlardan fərqli olaraq topsuz işləmək, pressinq etmək əzmi yox idi. Deməli, nəyisə əskik edirik. Əgər iki və ya üç nəfər komandadakı digər futbolçulardan daha az iş görürsə, uğur qazanmaq sadəcə olaraq mümkün deyil".
Qeyd edək ki, M.Emreli bu mövsüm "Nürnberq"in heyətində bütün turnirlərdə keçirdiyi 11 oyunda 4 qol vurub, 1 qolun ötürməsini edib. "Nürnberq" isə 2-ci Bundesliqada 15 turdan sonra 12-ci pillədə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 11 Dekabr 2024 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















