Icma.az
close
up
RU
Məşhur rejissor Kino Agentliyini məhkəməyə verir

Məşhur rejissor Kino Agentliyini məhkəməyə verir

Icma.az, Tribuna portalına istinadən məlumat verir.

Rejissor Mədəniyyət Nazirliyini və ARKA-nı məhkəməyə verməyə hazırlaşır.

Rejissor Cəlaləddin Qasımov Musavat.com-a açıqlamasında Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyindən (ARKA) narazı olduğunu bildirib.

Qeyd edib ki, illərdir müxtəlif layihələrlə müsabiqələrə qatılmasına baxmayaraq, ona qarşı ədalətsizlik edilib.

Rejissor bildirib ki, 50-dən çox ölkədən 220-dən artıq diplom, mükafat və sertifikatlar almasına baxmayaraq, ölkə daxilində fəaliyyətinə lazımi dəyər verilməyib.

O bildirib ki, ABŞ Nümayəndələr Palatasının konqresmeni Cimmi Qomez tərəfindən imzalanmış sertifikata layiq görülsə də, nə Mədəniyyət Nazirliyi, nə də ARKA tərəfindən təşəkkür alıb.

Cəlaləddin Qasımov keçən ilki ssenari müsabiqəsində baş verənləri də xatırladıb. Onun sözlərinə görə, təqdim etdiyi Yeni il mövzusunda ssenari müsabiqədə təqdirlə qarşılanıb, baxmayaraq ki, digər iştirakçılar sərt tənqidlərlə üzləşib. Rejissor bildirib ki, bəzi layihələr 450 min manat büdcə tələb etdiyi halda, onun layihəsi 130 min manat idi və bunun 50 minini sponsor qarşılayacaqdı. Lakin tənqid olunan layihələr qalib elan edilib:

“İlk olaraq keçən ilki müsabiqə haqqında məlumat verim. Müsabiqədə Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi tərəfindən mənə xoş sözlər deyildi. Mənim müsabiqəyə göndərdiyim ssenari Yeni illə bağlı idi və bizdə Yeni illə bağlı ssenari olmayıb. Lakin kimlər tənqid olundu, onlara ağır sözlər deyildi, hətta mən onların yerinə utandım. Ssenariyə irad bildirdilər, büdcəyə iradlar bildirdilər. 450 min büdcə istəyən layihələr vardı. Mənim layihəm 130 min büdcə idi, 50 min də sponsor ödəyəcəkdi. Keçən ilki müsabiqədə tənqid olunanlar qalib oldu”.

Rejissorun sözlərinə görə, müsabiqədən sonra Mədəniyyət Nazirliyi ilə bir neçə görüş keçirilib və ona növbəti müsabiqənin ədalətli olacağı deyilib. Buna baxmayaraq, növbəti mərhələdə görüşlərdən kənarda saxlanılıb:

“Mən də Mədəniyyət Nazirliyindən görüş tələb etdim, video çəkilişi istədim. Axırıncı üçüncü görüşdə Günay adlı xanım dedi ki, növbəti müsabiqəyə özüm nəzarət edəcəyəm, Kino Agentliyindən də nümayəndə vardı. Dedilər, növbəti ədalətli olacaq. Video görüntüləri açsalar da, göstərmədilər. Dedilər, təzdən başlayaq, razılaşdım.

Kino Agentliyi türkiyəli rejissor Semih Kaplanoğlunu dəvət etmişdi. Müsabiqədə iştirak edən 20 nəfərin görüşü nəzərdə tutulmuşdu. ARKA-nın nümayəndəsi dedi hamı görüşəcək. Amma məni görüşdürmədilər. Sonra dedilər ki, sizi məsləhət bilmədilər. Mən başa düşmürəm ki, mənə niyə imkan vermirlər ki, mədəniyyətimizə töhfələr verim, milli-mənəvi dəyərlərimizi yaşadım. Amma növbəti müsabiqədə mənim zənglərimə cavab vermədilər”.

Onun sözlərinə görə, Orxan Fikrətoğlu ssenarilərə mütəxəssislər tərəfindən rəy verildiyini, son qərarın isə Mədəniyyət Nazirliyinin İctimai Şurası tərəfindən qəbul olunduğunu deyib.

Bütün baş verənləri haqsızlıq hesab edən rejissor Mədəniyyət Nazirliyini və ARKA-nı məhkəməyə verməyə hazırlaşdığını açıqlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:264
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 02 Dekabr 2025 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see526

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see304

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see295

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see294

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see286

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see267

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see264

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see251

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see248

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see238

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see234

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see233

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see233

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see231

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see230

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see226

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see219

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see218

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri