Icma.az
close
up
RU
Məşhur rəssamın əsərində tapılan qadının sirli portreti

Məşhur rəssamın əsərində tapılan qadının sirli portreti

Azpost saytına istinadən Icma.az xəbər verir.

İncəsənət tarixçiləri Pablo Pikassonun rəsminin 125 illik sirrini açıblar. AzPost xarici mətbuata istinadla xəbər verir ki, Pablo Pikassonun heykəltəraş dostunu təsvir edən rəsmini tədqiq edən sənət tarixçiləri gözlənilmədən şəklin altında nəyin gizləndiyini üzə çıxarıblar. Məlum olub ki, kətan üzərində sirli qadın obrazı var.

Ehtimal olunur ki, Pikasso 1901-ci ildə onun üzərinə heykəltəraş dostu Mateu Fernandez de Sotonun mavi və yaşıl çalarlarda masa arxasında əyləşmiş şəklini çəkərkən əvvəlcədən çəkdiyi qadının portreti itib.

Bununla belə, təxminən 125 il sonra Londondakı Courtauld İncəsənət İnstitutu sərgidən əvvəl infraqırmızı və rentgen şüalarından istifadə edərək rəsm əsərlərini araşdırıb və orijinal portretin konturlarını üzə çıxarıb.

Courtauld Gallery-nin direktor müavini Barnaby Rayt, təsvirin infraqırmızı kamera ilə skan edilməsi üçün mozaikaya bənzər bir üsuldan istifadə edərək, qadının portretinin sözün əsl mənasında parça-parça ortaya çıxdığını ifadə edib.

Mütəxəssislər səthin altında nəsə gizləndiyinə əmin idilər. Çünki fırça vuruşlarının bəziləri Pikassonun dostunun bitmiş portreti ilə heç bir əlaqəsi yox idi.

Qadının şəxsiyyəti hələ müəyyən edilməyib, baxmayaraq ki, o, 1901-ci ildə Parisdə çəkdiyi Pikassonun bir neçə başqa qadın portretlərinə bənzəyir. O, vaxtilə Fransa paytaxtında dəbdə olan eyni xarakterik şinon saç düzümünə malikdir.

Rayt qeyd etdi ki, o, “əbədi anonim qala bilər”. Lakin ekspertlər əsərin qəhrəmanının müəyyənləşdirilməsi üzərində artıq işə başlayıblar.

Xatırladaq ki, Pikasso 1901-ci ildə Parisə gələndə onun cəmi 19 yaşı var idi. Lakin o, artıq öz personajlarını təsvir etmək üçün yeni üsullar tapırdı. Barnaby Rayt qeyd edir ki, bu əvvəlki portretdən imtina edib onun üzərində rəsm çəkməklə Pikasso, yəqin ki, nəinki mövzusunu dəyişdi, həm də üslubunu dəyişdi, məşhur Mavi Dövr rəsm üslubunu inkişaf etdirdi.

Mavi Dövrdə Pikasso əvvəlki impressionist üslubundan uzaqlaşaraq personajlarını təsvir etmək üçün daha tünd rənglərdən istifadə edib. Bu dəyişiklik qismən onun yaxın dostu Karlos Kasagemasın intiharından sonra baş verib.

X-şüaları göstərir ki, Pikasso bu kətanı bəlkə də üç-dörd dəfə yenidən işləyib.

“TikTok”da izləyin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:288
embedMənbə:https://azpost.info
archiveBu xəbər 11 Fevral 2025 22:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see307

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see305

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see305

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see300

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see281

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see281

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see281

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see266

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see262

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see258

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see253

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see252

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see252

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see246

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see244

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see234

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see230

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see222

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri