Məşhur rəssamın gizlədilən tablosu satışa çıxarılır
Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Amerika modernizminin anası" kimi tanınan məşhur rəssam Corciya O'Kiffin onilliklər boyu Manhettendəki bir mənzilin dolabında, paltoların və qutuların arxasında gizlədilən 1930-cu il tarixli tablosu "Christie's" hərrac evi tərəfindən satışa çıxarılır.
Kulis.az xəbər verir ki, Nyu-Meksiko mənzərəsini (Lobo təpəsi) əks etdirən əsər 1963-cü ildə cəmi 3 800 dollara alınıb və sahibəsinə magistratura məzuniyyəti hədiyyəsi olaraq verilib.
Hazırda tablonun dəyəri 3–5 milyon dollar arasında qiymətləndirilir.
Keçmiş sahibi 1980-ci illərin ortalarında bir qonağın tabloya həddindən artıq diqqətlə baxdığından şübhələnərək əsəri orijinal qutusuna yerləşdirib və dolabın arxasına qoyub.
Tablo sahibəsinin ölümündən sonra mənzil boşaldılarkən yenidən üzə çıxarılıb.
Qeyd edək ki, üç əsərdən ibarət seriyanın ilk işi olan bu tablo uzun illər itmiş hesab olunurdu (seriyanın digər iki əsəri Metropoliten Muzeyində və Rokfeller ailəsinin kolleksiyasında yer alıb).
Dərsliklərdə plagiat iddiası: Məşhur hekayə niyə beş fərqli müəllifin adı ilə yayımlanıb? Məşhur aktrisa görmə qabiliyyətini itirdi "Keçmişimdən kimisə qucaqlamaq istəyirəm..." - Edamdan qurtulan Dostoyevski qardaşına nə söz vermişdi?
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 16 Noyabr 2026 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















