Məşhur rokçu yeriyə bilmir
Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.
Britaniyalı məşhur rokçu Ozzi Osbornun xəstəliyi irəliləyib.
Axşam.az xəbər verir ki, Parkinson xəstəliyindən əziyyət çəkən 76 yaşlı ifaçı yeriyə bilmir. Bu barədə sənətçinin həyat yoldaşı Şeron bildirib.
Səsində problem olmadığı deyilən Osbourn iyulda İngiltərədə keçiriləcək vida konsertində "Black Sabbath" qrupu ilə çıxış edəcək.
Qeyd edək ki, Ozzu 2003-cü ildə yıxılaraq ağır yaralanandıqdan sonra səhhəti pisləşməyə başlamışdı. Dəfələrlə əməliyyat olunan musiqiçiyə metal fəqərələr quraşdırılıb.

