Məşhur şəxsin cəsədi Sednaya həbsxanasında tapıldı FOTO
Manset portalından alınan məlumata görə, Icma.az xəbər verir.
2012-ci ildə işgəncələrə məruz qaldığı üçün xaricə gedən suriyalı aktivist Mazen Hamadi 2020-ci ildə Suriyaya qayıtdıqdan sonra qəfil yoxa çıxıb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Həmadinin cəsədi Əsədin işgəncə bazası kimi tanınan Sednaya həbsxanasında tapılıb.
2012-ci ilin martında rejim əleyhinə nümayişlərdə iştirak etdiyinə görə həbs edilən Həmadi dəhşətli işgəncələrə məruz qalıb. 1,5 il həbsdə olan və bu müddət ərzində dəfələrlə işgəncələrə məruz qalan məşhur fəal 2013-cü ilin sentyabrında azadlığa çıxıb və başına gələnləri danışmaq üçün Hollandiyaya gedib. Hamadi əfv olunacağına söz verildikdən sonra ölkəsinə qayıdıb.
Ölkəsinə qayıdan kimi saxlanılan Mazen Hamadinin meyiti bu gün Sednaya həbsxanasında aparılan axtarış zamanı tapılıb. Həmadinin ağır işgəncələr nəticəsində öldüyü müəyyən edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 10 Dekabr 2024 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















