Məşhur şoumen infarkt keçirib? Bacısından AÇIQLAMA
Lent az saytına istinadən Icma.az xəbər verir.
Türkiyəli məşhur şoumen Mehmet Ali Erbilin infarkt keçirməsi və xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərlər yayılıb.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, 69 yaşlı şoumenin yeni layihəsi üçün hazırlıq və məşq zamanı qəfil halının pisləşdiyi, daha sonra xəstəxanaya aparıldığı iddia olunub.
Xəbərlər qısa müddətdə sosial şəbəkələrdə yayılaraq onun pərəstişkarları arasında narahatlıq yaradıb.
Məsələ ilə bağlı Mehmet Ali Erbilin bacısı, endokrinologiya və metabolizma xəstəlikləri üzrə mütəxəssis professor Yeşim Erbil açıqlama verib. O, qardaşının infarkt keçirmədiyini və stent taxılmadığını bildirib.
Yeşim Erbil şoumenin hazırda evində olduğunu və səhhətinin yaxşı olduğunu qeyd edib.
Mehmet Ali Erbilin mətbuat katibi Perim Özgeldi də yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.
“Mehmet Ali bəy özünü çox yaxşı hiss edir, səhhəti yaxşıdır. Belə bir hal baş verməyib”, - o vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 10 Sentyabr 2026 19:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















