Icma.az
close
up
RU
Məşhur türk müğənni 15 il sonra səhnəyə qayıdır Tarix bəlli oldu

Məşhur türk müğənni 15 il sonra səhnəyə qayıdır Tarix bəlli oldu

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

15 illik səhnə fasiləsindən sonra yenidən konsert proqramlarına başlayan Əmrah pərəstişkarları ilə görüşlərini davam etdirir. Uzun fasilədən sonra səhnəyə qayıdan məşhur sənətçi ifa etdiyi mahnılarla sevənlərinə xoş və musiqi dolu anlar yaşatmağı planlaşdırır.
Demokrat.az
xəbər verir ki, 15 illik səhnə fasiləsindən sonra son dövrdə yenidən konsertlərinə üstünlük verən Əmrah İstanbul, Bodrum və özəl səhnələrdəki çıxışlarından sonra bu dəfə istiqamətini Antalyaya çevirir. Əmrah illər sonra sentyabrın 11-də Antalya Açıq Hava Səhnəsində pərəstişkarlarının qarşısına çıxacaq. Sənətçi keçmişdən bu günə qədər uzanan xüsusi repertuarı ilə Antalyadakı pərəstişkarlarını musiqi səyahətinə çıxaracaq.
Arabesk musiqisinin məşhur nümayəndəsi Əmrah 15 illik fasilədən sonra ötən həftələrdə Yalıkavakda səhnəyə çıxmışdı. Səhnədə 2,5 saat qalan sənətçi musiqisevərlərə həm nostalji, həm də duyğulu anlar yaşatmışdı.
Sənətçini dinləyənlər arasında anası Aytən xanım da olub. Səhnənin önündə anasını görən Əmrah konsertini bir müddət dayandırıb. Daha sonra dərhal səhnədən enərək anasının yanına gedən sənətçi əyilərək onun əlini öpüb.
Bu hərəkəti böyük alqışlarla qarşılanan sənətçi deyib: “Əvvəlcə anamın xeyir-duasını almaq istədim. Bu gün burada ayaqdayamsa, onun zəhməti və duası sayəsindədir. Duasız olmaz! Səni çox sevirəm, ana”.
Müğənni Əmrah və Sibel Ərdoğan 2014-cü ildə ailə həyatı qurub və bu evlilikdən Elyesa və Eleysa adlı iki övladları dünyaya gəlib. Uzun müddət gözlərdən uzaq ailə həyatı yaşayan cütlük 2022-ci ildə qarşılıqlı razılaşma əsasında ayrılmaq qərarına gəlib.
Boşanmadan sonra övladlarının təhsili və gələcəyi naminə əlaqələrini kəsməyən cütlük qarşılıqlı hörməti qoruyaraq münasibətlərini davam etdirib. Son olaraq məşhur müğənni ötən aylarda keçmiş həyat yoldaşı Sibel Ərdoğanın doğum gününü sosial media hesabında təbrik edib.
Övladlarının anasını bu özəl günündə unutmayan Əmrah paylaşımında belə yazıb: “Doğum günün mübarək. Daha neçə gözəl yaşların olsun. Həyatımızdakı ən mükəmməl ortaq dəyərimiz olan övladlarımızın anasısan və hər zaman çox dəyərli bir yerə sahibsən. Övladlarımızın varlığı ilə aramızda yaranan bağ ömür boyu davam edəcək ən qiymətli bağlardan biridir. Allah səni övladlarımızın başından əskik etməsin. Övladlarımızın uğurlarını, sevinclərini və həyatlarında yaşanacaq ən gözəl anları sağlam şəkildə birlikdə görməyi Rəbbim bizə nəsib etsin, inşallah... Yeni yaşın mübarək”.
Məşhur müğənninin ailə bağlarına diqqət çəkdiyi bu son paylaşımı sosial mediada qısa müddətdə maraq doğurub.
Jalə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Sentyabr 2026 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri