Icma.az
close
up
RU
Məşhur türk mühəndisdən Vardanyanı müdafiə edən ABŞ li yazıçıya SƏRT CAVAB

Məşhur türk mühəndisdən Vardanyanı müdafiə edən ABŞ li yazıçıya SƏRT CAVAB

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Hərbi Dəniz və Hərbi Hava qüvvələri tərəfindən istifadə edilən ixtisaslaşdırılmış materiallar istehsal edən yeganə türk mühəndis, "Integrated Polymer Industries" şirkətinin qurucusu, "B-2" bombardmançı təyyarələri üçün görünməzlik təmin edən örtük materiallarının müəllifi, tədqiqatçı yazıçı Ergün Kırlıkovalı Nyu-York Universitetinin professoru - yazıçı Nassim Nikolas Talebə Ruben Vardanyanın (Azərbaycana qarşı cinayətlərdə iştirak edən və hazırda Bakıda həbsdə olan separatçı - red.) xeyriyyəçiliklə bağlı sistemli illüziyalarına dair açıq məktub ünvanlayıb.

Oxu.Az AZƏRTAC-a istinadən məktubu təqdim edir.

"Hörmətli Nassim Nikolas Taleb,

Sizə X sosial şəbəkəsində Ruben Vardanyanın həbsdə qaldığı müddətdə Bakıda mühazirə oxumaqdan imtina etdiyinizi bildirdiyiniz son ictimai bəyanatınızla əlaqədar müraciət edirəm.

Karyerasını gizli maliyyə riskləri, narrativ yanlışlıqlar və sistemli "korluq" barədə dünyanı xəbərdar etməyə həsr etmiş bir müəllifin diqqətlə formalaşdırılmış bir illüziyanın təsiri altına düşməsini müşahidə etmək dərin ironiyadır.

Vardanyanın maliyyə şəbəkəsinin, fəaliyyət tarixçəsinin və qəfil siyasi manevrlərinin hərtərəfli təhlili göstərir ki, onun geniş tanınan xeyriyyəçi imici məhz sizin klassik şəkildə "narrativ sipər" adlandıracağınız bir vasitədir və qanunsuz maliyyə fəaliyyətini, eləcə də geosiyasi sabitliyin pozulmasını gizlətməyə xidmət edir.

Gəlin, faktlara nəzər salaq. Vardanyanın "Troika Dialog" bankı "Troika Laundromat" kimi tanınan çirkli pulların yuyulması sxeminin mərkəzində fəaliyyət göstərirdi. Qlobal maliyyə qurumlarının və hüquq-mühafizə orqanlarının araşdırmalarına əsasən, bu şəbəkə əsas və ikinci dərəcəli "təbəqələşdirmə" üsullarından istifadə etməklə mürəkkəb ofşor sxemləri, vasitəçi bankları və saxta şirkətləri idarə edib, Rusiyadan milyardlarla dolların qanunsuz şəkildə çıxarılmasını təmin edib və benefisiar mülkiyyətçilərin kimliyini sistemli şəkildə gizlədib.

Bundan əlavə, bank auditləri göstərir ki, bu şəbəkə adi və heç nədən xəbəri olmayan vətəndaşlardan hüquqi şəxslərin hesablarını rəsmiləşdirmək üçün istifadə edib, onların şəxsiyyət məlumatları vasitəsilə vəsaitləri mürəkkəb beynəlxalq maliyyə sxemləri ilə köçürüb.

Sistemli maliyyə pozuntularından əlavə, Vardanyanın fəaliyyəti qanunvericilik və təhlükəsizlik baxımından da ciddi nəticələr doğurur.

Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra o, Rusiyanın müharibə məqsədlərinə xidmət edən əsas sənaye sahələrinə maddi, texniki və logistik dəstək göstərməkdə ittiham olunaraq, bir sıra beynəlxalq monitorinq mexanizmlərinə daxil edilib.

Onun adının Ukraynanın "Peacemaker" (sülhməramlı) bazasına rəsmi daxil edilməsi onu, sadəcə, müşahidəçi deyil, dövlət təcavüzünü maliyyə baxımından dəstəkləyən şəxs kimi xarakterizə edir.

Beynəlxalq səviyyədə ciddi sanksiyalarla üzləşmiş bir şəxsin qeyd-şərtsiz azadlığa buraxılmasını tələb etməklə siz regional zorakılığı maliyyələşdirən mexanizmləri faktiki olaraq müdafiə etmiş olursunuz.

Onun həbsi ilə bağlı yanaşmanız həm də iştirakının yaratdığı ciddi siyasi qeyri-sabitliyi nəzərə almır. Vardanyanın 2022-ci ilin sonlarında Qarabağa qəfil gəlişi yerli sabitliyi birbaşa pozdu, nəticədə terrorçuluğun maliyyələşdirilməsi və qanunsuz silahlı birləşmələrin yaradılması ittihamları ilə 2026-cı ilin fevralında Bakı Hərbi Məhkəməsinin çıxardığı 20 il müddətinə azadlıqdan məhrumetmə hökmü ilə nəticələndi.

Fotoda Ruben Vardanyan

Məşhur türk mühəndisdən Vardanyanı müdafiə edən ABŞ-li yazıçıya SƏRT CAVAB

Vardanyanın keçdiyi yolu, sadəcə, humanitar missiya kimi qiymətləndirmək yazılarınızda xəbərdarlıq etdiyiniz "kor nöqtələr"in qurbanına çevrilmək deməkdir.

Bundan əlavə, ictimai mövqeyiniz bu münaqişənin qurbanlarına qarşı tarixi empatiyanın ciddi çatışmazlığını nümayiş etdirir. Otuz ildən artıq müddətdə Azərbaycan xalqı öz torpaqlarında ağır faciələr yaşayıb. Bu faciələrə 1992-2020-ci illərdə baş vermiş amansız hərbi işğal, silah gücünə doğma yurdlarından didərgin salınmış təxminən bir milyon azərbaycanlı mülki şəxs və 1992-ci ildə baş vermiş Xocalı qətliamının sənədləşdirilmiş dəhşətləri daxildir.

Bu ərazilərin azad olunması və 2020-ci ilin noyabrında əldə edilmiş atəşkəs nəhayət davamlı sülh sazişinə aparan yolu açsa da, uzunmüddətli sülh yalnız beynəlxalq məsuliyyət və hüququn aliliyinin təmin olunması ilə mümkündür.

Kölgə iqtisadiyyatı, qanunsuz qlobal maliyyə əməliyyatları və müharibə logistikası ilə sıx əlaqələri olan bir oliqarxı müdafiə etmək üçün qlobal platformanızdan yararlanmaqla siz etik mövqe nümayiş etdirmirsiniz.

Əksinə, siz süni şəkildə hazırlanmış bir piar kampaniyasının intellektual dürüstlüyünüzə kölgə salmasına icazə verirsiniz.

Əsl humanizm bizdən əziyyətlərdən qazanc götürən nüfuzlu maliyyəçilərin deyil, məcburi köçkünlərin və təcavüz qurbanlarının tərəfində olmağı tələb edir.

Sizi real və ya təxəyyül məhsulu olan şəxsi rəğbətinizi bir kənara qoymağa, Vardanyanın fəaliyyət şəbəkəsini özünüzün tətbiq etdiyiniz ciddi skeptisizm meyarları ilə qiymətləndirməyə və müdafiənizin doğurduğu ciddi etik nəticələri yenidən nəzərdən keçirməyə çağırıram".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Avqust 2026 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri