Icma.az
close
up
RU
Məşhurlar 2026 dan nələr gözləyir? KONKRET

Məşhurlar 2026 dan nələr gözləyir? KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2025-ci il həm ölkə, həm də cəmiyyət üçün müxtəlif hadisələrlə yadda qaldı. Geridə qoyduğumuz il bir çoxları üçün sınaq, bəziləri üçün isə uğur və sevinc ili oldu.

KONKRET.az məşhurlar arasında sorğu keçirib.

Tanınmış simalar bu dəfə “2025-ci il sizin üçün necə yadda qaldı? 2026-cı ildən nələr gözləyirsiniz?” sualını cavablandırıblar.

Əməkdar incəsənət xadimi, “Şərəf” və “Şöhrət” ordenli nasir, şair, dramaturq Baba Vəziroğlu “2020-ci ildən sonra mənim üçün hər gün tarixi gündür. 2026-cı il də elə olacaq” deyib.

“Həyatımda heç vaxt görmədiyim tarixi günləri yaşayıram. Bilirdim ki, xalqımız bu günlərə çatacaq. Zeynəb Xanlarovanın dediyi kimi, “mən bu günləri gördüm”. 2025-ci ildə mənə orden və medallar təqdim olundu. İlin böyük hissəsini Qarabağda keçirdim — Şuşada, Xankəndidə, Füzulidə. Elə bil doymuram. Ən xoş günlərim Qarabağda olub. Qar yağanda Şuşada, duman olanda Xankəndidə olmaq istəyirəm. Dövlət işlərindən ayrıla bilsəydim, Qarabağda koma ucaldardım, ağac əkərdim. Məni gələcəyə aparan Qarabağdır. Bundan böyük mükafat tanımıram”.

Əməkdar artist Mehriban Xanlarova deyib ki, 2025-ci il onun üçün yaşadığı haqsızlıqlarla yadda qalıb. “Bu il ləyaqətin, peşəkarlığın və haqq səsinin imtahanı idi. Qarşılaşdığım ədalətsiz yanaşmalar məni yolumdan döndərə bilmədi, əksinə daha da gücləndirdi.

Bu il bir daha anladım ki, sənət və vicdan bir yerdə olduqda heç bir haqsızlıq uzunömürlü olmur. Tamaşaçılarımın sevgisi mənim ən böyük dayağım oldu. 2026-cı ildən gözləntim ədalətin tam bərqərar olması, sükutun yerini həqiqətin, kölgələrin yerini işığın tutmasıdır. Hamımıza möhkəm cansağlığı arzulayıram”.

Xalq artisti Firəngiz Mütəllimova:

“2025-ci il ölkəmizdə əmin-amanlıqla, beynəlxalq səviyyəli tədbirlərlə yadda qaldı. Dövlət tədbirlərində iştirak etdim. Akademik Milli Dram Teatrında benefis tamaşam — “Varlı qadın” nümayiş olundu və tamaşaçılar tərəfindən böyük sevgi ilə qarşılandı. Bu il çətin anlar da oldu, xoşbəxt günlər də. 2025-ci ilə əl sallayıb “xoş getdin” deyə bilərik. 2026-cı ildə hamımıza cansağlığı, uğurlu işlər, firavan günlər arzulayıram. Dünya azərbaycanlılarını Həmrəylik Günü münasibətilə ürəkdən təbrik edirəm. Birlik və mehribanlıq ən vacib dəyərdir”.

Xalq artisti Həmidə Ömərova:

Hər il olduğu kimi, 2025-ci ildə də həm itkilər, həm də xoş anlar oldu. Amma bu il mənim üçün xüsusilə əlamətdar idi — nənə oldum. Qız nəvəm dünyaya gəldi və ona anamın adını verdim. Bu baxımdan 2025-ci il mənim üçün çox düşərli oldu.
2026-cı ildə bütün azərbaycanlılara xoşbəxtlik, səadət və bol ruzi arzulayıram”.

Aktyor, ssenarist Müşfiq Şahverdiyev:

2025-ci il bizim sahədə çalışanlar, ümumiyyətlə bir çox iş adamları üçün uğursuz il oldu. Həm maddi baxımdan, həm də işgüzar fəaliyyət nöqteyi-nəzərindən çətin keçdi. Bu ilin tez bitməsini istəyənlərdən biri də mən idim. Bürclərə çox inanan insan deyiləm, amma deyirlər ki, 2026-cı il bəzi bürclər üçün uğurlu olacaq. Qız bürcü olduğum üçün ümidliyəm. Daxilimdə hiss edirəm ki, 2026-cı il daha uğurlu olacaq. Arzu edirəm ki, yeni il hər kəs üçün düşərli olsun. Bayramınız mübarək!

Aynurə İsmayıl
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://konkret.az
archiveBu xəbər 31 Dekabr 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see358

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see322

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see315

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see309

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see307

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see302

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see295

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see288

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see281

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see259

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see248

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see246

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see243

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see241

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see237

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see225

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see203

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri