Icma.az
close
up
RU
Məşhurların həyatını kabusa çevirdi

Məşhurların həyatını kabusa çevirdi

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyədə 19 yaşlı E.G adlı şəxs özünü pərəstişkar kimi göstərərək bir çox məşhurun həyatını kabusa çevirib.

News24.az OLAY-a istinadla yazır ki, məşhur şəxslər ard-arda İstanbul İl Əmniyyət Müdirliyinə şikayət ediblər.

“Sabah” qəzetinin məlumatına görə, E.G. ilk olaraq məşhur müğənni Bengünün meneceri və vəkili ilə əlaqəyə keçib. Özünü Bengünün pərəstişkarı kimi təqdim edən E.G. pulsuz konsert bileti tələb edib və “Mənimlə foto çəkdirməsini istəyirəm” deyib. Lakin tələbi rədd edilən E.G. bu durumu obsessiyaya çevirib.

“Panelçilər” adlanan şəxslərdən müğənninin ev ünvanı və şəxsi məlumatlarını öyrənən E.G. fərqli telefon nömrələri alaraq yemək sifariş tətbiqlərində saxta hesablar yaradıb. O, gecə saatlarında müğənninin evinə ardıcıl olaraq yemək sifarişləri göndərib.

Eyni üsulla məşhur aktrisa Buçe Kahraman və müğənni Melis Fisə də yaxınlaşan E.G., onların da tələblərini rədd etməsi səbəbilə evlərinə gec saatlarda yemək sifarişləri göndərib.

“Mənimlə görüşün. Foto çəkin. Polis məni tapa bilməz” deyən E.G.-nin aktyorların serial çəkilişlərinə getdiyi, müğənnilərin isə konsert yerlərini taparaq yanlarına getdiyi iddia olunur.

Cemre Baysel də E.G.-dən şikayətçi olan məşhurlardandır. O, aktrisanın serial çəkilişlərinə gedərək özünü pərəstişkar kimi təqdim edib, lakin film setinə buraxılmayıb. Daha sonra setə gizlicə girən E.G. Bayselin karavanını izləyərkən aktrisa tərəfindən aşkar edilib.

Cemre Bayselin də şikayəti ilə İstanbul Kiber Cinayətlərlə Mübarizə Şöbəsi hərəkətə keçib. E.G., yaxalanmamaq üçün otellərdə qalaraq tez-tez ünvan və telefon nömrəsini dəyişib, lakin Kağıthanədəki bir oteldə nəhayət polis tərəfindən saxlanılıb.

İP ünvanı müəyyən edilərək həbs edilən E.G. yemək sifarişlərini göndərən şəxsin özü olmadığını iddia edib. Daha əvvəl də fərqli cinayətlərdən dolayı saxlanılan E.G. “məhkəmə nəzarəti” şərti ilə sərbəst buraxılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:311
embedMənbə:https://news24.az
archiveBu xəbər 18 Mart 2025 19:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see387

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see259

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see258

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see251

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see250

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see249

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see247

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see244

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see243

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see242

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see232

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see225

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see223

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see222

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see222

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see222

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see222

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see221

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see220

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri