Məşhurlarla bağlı “Narkotik əməliyyat”ının arxasında gizlənən HƏQİQƏT 10 MƏQAM
Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Məşhurlara qarşı keçirilən narkotik əməliyyatları günlərdir Türkiyənin gündəmindədir. Lient.az-ın əməkdaşı bu yazıda sizə proseslə bağlı qalan qaranlıq məqamları təqdim edəcək.
Biznes, idman, sənət və media aləmindən bir çox tanınmış şəxs bu istintaqlar çərçivəsində saxlanılıb, bəziləri isə həbs edilib. Bəs hər keçən gün yeni detalları üzə çıxan narkotik və “fahişəliyə cəlb” əməliyyatları necə başladı, necə dərinləşdi, məşhur və mediada tanınan şəxslər istintaqlara necə cəlb olundu? Bu prosesi 10 sual və 10 cavabla ümumiləşdirməyə çalışaq.
NECƏ BAŞLADI?
8 oktyabr tarixində Hadise, Berrak Tüzünataç və İrem Derici də daxil olmaqla 18 nəfər jandarmaya aparılaraq onlardan Ədliyyə Nazirliyinin ekspertiza bölməsində narkotik testi üçün nümunələr götürüldü. Bu istintaq prokurorluğa daxil olan bir məlumat əsasında başladılmışdı. Məşhurlara yönəlmiş narkotik əməliyyatları ilk dəfə məhz bu saxlanılmalarla gündəmə gəldi.
NECƏ GENİŞLƏNDİ?
Bu saxlanılmalar ictimaiyyət tərəfindən unudulmağa başlamış kimi görünsə də, əslində bu istintaqla əlaqədar başlanan proses yeni məlumatlar və tapıntılarla dərinləşmişdi. Gizli şahidlərin və etirafçıların ortaya çıxması ilə yeni mərhələlər başladı və fərqli şəxslərə yönəlmiş yeni istintaqlar yeni əməliyyatlara çevrildi.
MEDİAYA NECƏ ÖTÜRÜLDÜ?
Həm daxil olan məlumatlar, həm də gizli şahid ifadələri media dünyasından bəzi adları gündəmə gətirdikdə, bu şəxslər diqqət mərkəzinə alındı. İlk mərhələdə 5 dekabrda xəbər aparıcıları Ela Rumeysa Cebeci və Meltem Acet saxlanıldı. Ardınca mediaya yönəlmiş ikinci dalğa əməliyyatı keçirildi. “Habertürk”ün baş redaktoru Mehmet Akif Ersoy da daxil olmaqla 8 nəfər saxlanıldı. Narkotik testləri müsbət çıxan Ersoy və Cebeci həbs edildi.
MƏSƏLƏ FƏNƏRBAXÇA PREZİDENTİ SADETTİN SARANA KİMİ NECƏ UZANDI?
Saxlanılan aparıcı Ela Rumeysa Cebeci iki mobil telefonunu şifrələri ilə birlikdə prokurorluğa təqdim etdi. Telefonundakı yazışmalar və səs qeydlərindən Fənərbaxça prezidenti Sadettin Saran ilə bəzi dialoqlar üzə çıxdı. Prokurorluq narkotik istifadə etdikləri şübhəsini yaradan bu qeydlərlə bağlı Saranı ifadə verməyə çağırdı və narkotik testi apardı. Saranın testinin də müsbət çıxdığı bildirildi.
MƏNBƏ HƏQİQƏTƏN “TORBAÇI SİYAHISI”DIRMI?
Müxtəlif qollar üzrə davam edən istintaqlarda “geniş müştəri şəbəkəsi” olan və “torbaçı” (narkokuryer) adlandırılan narkotik satıcısının etirafçı olaraq müştəri siyahısını prokurorluğa təqdim etdiyi iddiası prosesin ən kritik nöqtələrindən biri hesab olunur. Lakin hansı əməliyyatların “torbaçı” etiraflarına, hansılarının isə məlumatlara əsaslandığı hələlik dəqiqləşməyib. 18 dekabrda Danla Bilic, Aleyna Tilki və Yusuf Güneyin, eləcə də Boğazdakı villasında “narkotik partiləri” təşkil etməkdə ittiham olunan Kasım Garipoğlunun saxlanılması qərarlarının da dosyedəki etiraf və məlumatların nəticəsi olduğu dəyərləndirilir.
HESABATLAR HƏRTƏRƏFLİDİRMİ?
İstənilən istintaqda yekun qərarı yalnız məhkəmələr verir. Lakin məhkəmə qərarlarına təsir edən ekspertiza rəyləri də mövcuddur. Ekspertiza müayinəsi üçün prokurorluqlar və məhkəmələr birbaşa müraciət edir və bu təhlil aparan qurum rəsmi ekspert statusuna malikdir. Bu səbəbdən məhkəmələr ekspertizadan gələn hesabat və məlumatları birbaşa sübut kimi qəbul edə bilər.
“TƏŞKİLAT SXEMİ” VARMI?
Prokurorluq Mehmet Akif Ersoy və ətrafına yönəlmiş istintaqda “təşkilat yaratmaq” ittihamını da irəli sürür. Lakin hazırda bu “təşkilat”ın detalları kifayət qədər aydın deyil. Hələlik hər hansı sxem də mövcud deyil. Kimin hansı mövqedə olduğu və (əgər varsa) pilləli sistem üzrə əlaqələrin necə qurulduğu yalnız ittiham aktı hazırlandıqdan sonra bəlli olacaq.
İSTİNTAQLARIN BİR ADI VARMI?
Keçmişdə mediada gündəmə gələn bir çox istintaqlar müxtəlif adlarla (Son Tango, Batak və s.) tanınırdı. Lakin mövcud istintaqlarda belə bir adlandırma yoxdur.
GİZLİ ŞAHİDLƏR ƏMƏLİYYATLARIN HARASINDADIR?
Gizli şahidlər bu əməliyyatlara əsas verən məlumatların mühüm elementlərindən biridir. İndiyə qədər neçə gizli şahidin olduğu hələ məlum deyil. Lakin “Kanarya” adlı gizli şahidin adı ilk önə çıxanlardan biridir. Gizli şahidlərin bəyan və iddialarının hansı sübutlarla dəstəkləndiyi və necə yoxlandığı ittiham aktı hazırlandıqda aydınlaşacaq.
ƏMƏLİYYATLAR DAVAM EDƏCƏKMİ?
İstintaqlar bir neçə prokuror tərəfindən aparılır və hər prokurorun fokuslandığı istiqamət fərqlidir. Ortaya çıxan yeni sübutlar, etiraflar və sübutlarla dəstəklənə bilən məlumatlar nəticəsində əməliyyatların dalğalar şəklində davam edəcəyi proqnozlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 25 Dekabr 2025 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















