Mesopotamiyalılar rəqəmlərin ixtirasından əvvəl riyaziyyatı anlayırmış
Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.
8000 illik keramika qabı göstərir ki, mesopotamiyalılar rəqəmlər və yazının ixtirasından çox əvvəl riyaziyyatdan istifadə ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə son araşdırmalar "The Independent"ə istinadən yazıb.
Əvvəllər hesab olunurdu ki, ilk rəqəm yazıları təxminən eramızdan əvvəl 3400-cü ildə müasir İraq ərazisində şumerlər tərəfindən meydana çıxıb. Lakin tədqiqatçılar müəyyən ediblər ki, həmin regionun sakinləri daha əvvəl də yüksək səviyyəli riyazi biliklərə malik olublar.
Məqalədə qeyd olunur: "Tədqiqat Halaf mədəniyyətinə aid bitki təsvirləri ilə bəzədilmiş keramikanın öyrənilməsinə həsr olunub. Bu mədəniyyət təxminən eramızdan əvvəl 6200–5500-cü illərdə Şimal Mesopotamiyasında mövcud olub və dünyanın ən qədim kənd təsərrüfatı icmalarından biri sayılırdı".
Araşdırmalar göstərib ki, həmin icmanın qədim keramikasında pərdələr və naxışlar simmetriya və təkrarlanma prinsiplərini ifadə edən əsas riyazi simvollar rolunu oynayıb.
Çox sayda qaba dörd, səkkiz, onaltı, otuz iki və ya altmış dörd ləçəkləri olan çiçək təsvirləri çəkilib ki, bu da "geometrik ardıcıllığa" işarə edir.
Alimlərin sözlərinə görə, riyazi düşüncənin inkişafı "bitki aləmində müşahidə olunan simmetriya üzrə kognitiv şüur" yaradıb. Buna görə keramikanın üzərində çiçəklər, kol-kos, budaqlar və ağac təsvirləri əks olunub.
Aydın
Baxış sayı:109
Bu xəbər 14 Fevral 2026 18:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















