Icma.az
close
up
RU
198 il əvvəl...

198 il əvvəl...

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Türkmənçay müqaviləsi ilə təsdiqlənən tarixi ədalətsizlik

Məkrli niyyətlər güdən yadların imzaladıqları iki müqavilə coğrafi məkan olaraq Azərbaycanın və xalqımızın həyatını dəyişib - bütöv olanı amansızcasına parçalayaraq iki yerə bölüb. Onlardan biri Gülüstan, digəri isə tarixin bu günündə - 10 fevral 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsidir.  Artıq bədnam Türkmənçay müqaviləsinin imzalandığı tarixdən bizi 198 il ayırır.

Azərbaycan torpaqlarının istilasının birinci mərhələsi

Azərbaycanın ərazisində zaman-zaman müxtəlif dövlət quruluşları mövcud olub. Torpaqlarımızın istilası əsasən xanlıqlar dövrünə təsadüf edib. Bu da onunla bağlı olub ki, xanlıqlar bir-biri ilə ədavət aparıblar, xarici müdaxilələr zamanı birləşməyiblər.

Azərbaycanda xanlıqlar Nadir şah Əfşarın 1747-ci ildə sui-qəsd nəticəsində öldürülməsindən sonra  - XVIII əsrin ikinci yarısından etibarən yaranıb. XV-XVI əsrlərdə bütöv Azərbaycanın ümumi ərazisi 410 min kvadratkilometrə bərabər idi. Xanlıqlar dövründə bu ərazilər 20-dək feodal dövlət arasında  bölüşdürülmüşdü. Rusiya istilalarından əvvəl Azərbaycan xanları - Quba xanı Fətəli xan, Şəki xanı Çələbi xan, urmiyalı Fətəli xan Əfşar, Qarabağ xanı Pənahəli xan və başqaları ayrı-ayrılıqda Azərbaycanı birləşdirmək üçün cəhdlər etsələr də, bir nəticə hasil olmayıb.  Çar Rusiyası Azərbaycan xanlıqlarını işğal edənə qədər Sibir xanlığını, Baltikyanı əraziləri, Qara dənizin sahillərini işğal edib böyük bir imperiya yaratmışdı. Artıq bu imperiyanın niyyəti Qafqazı ələ keçirmək və ordan isti dənizlərə doğru irəliləmək idi. Əlverişli coğrafi mövqeyi ilə fərqlənən Azərbaycan da çar Rusiyasının işğal planlarına daxil idi. Torpaqlarımızın işğalının birinci mərhələsi 1813-cü il oktyabrın 12-də  imzalanan Gülüstan müqaviləsi ilə reallaşıb.

Gülüstan müqaviləsi - Rusiya imperiyası ilə Qacarlar dövləti arasında 1804-1813 illər müharibəsinin yekunlarını və Azərbaycanın həmin dövlətlər arasında birinci dəfə bölüşdürülməsini təsdiq edən sənəddir. Gülüstan müqaviləsinə əsasən, Şimali Azərbaycan (İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla) Rusiyanın, Cənubi Azərbaycan isə İranın tərkibinə qatılıb.

Müqavilənin mətni Böyük Britaniyanın Qacar imperiyasındakı nümayəndəsi sayılan və hakimiyyətə böyük təsir gücünə malik olan Ser Qor Ousli tərəfindən hazırlanıb. Müqaviləni Rusiya tərəfindən Nikolay Rtişev, Qacarlar tərəfindən isə Mirzə Əbülhəsən xan Elçi imzalayıblar. Azərbaycan ərazilərinin iki imperiya arasında bölünməsi müqavilənin 3-cü bəndi ilə təsbit olunub. Gülüstan müqaviləsinə əsasən, yalnız Rusiyaya Xəzər dənizində hərbi donanma saxlamaq hüququ verilir (maddə 5), ticarət malları üçün beş faizlik gömrük qoyulur, hər iki dövlətin tacirləri daxili gömrük vergilərindən azad olunublar (maddə 8-10).

Qeyd etdiyimiz kimi, Gülüstan müqaviləsi iki imperiya arasında çoxillik müharibənin nəticəsi olaraq imzalanıb. XVIII əsrdən başlayaraq Rusiyanın Qara dəniz və Xəzər sahillərindəki torpaqlara doğru irəliləməsi Qafqazda vəziyyəti xeyli mürəkkəbləşdirdi. 1801-ci il sentyabrın 12-də Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsi haqqında çar manifestindən sonra bütün Cənubi Qafqazı ələ keçirmək üçün perspektiv yaranmışdı. Beləliklə, 1803-cü ildə Car-Balakən, 1804-cü ildə Gəncə inadlı müqavimətdən sonra Rusiya tərəfindən işğal olunub.

Rusiya imperiyasının Qafqazda işğalçı fəaliyyəti Qacarları ciddi şəkildə narahat edirdi. 1804-cü ilin mayında Azərbaycana bütövlükdə yiyələnməyə çalışan İran rus qoşunlarının Cənubi Qafqazdan çıxarılması tələbini irəli sürüb. Rusiya bu tələbi rədd edib və iki dövlət arasında diplomatik münasibətlər kəsilib. Rusiyanın Cənubi Qafqazda genişlənən istilalarının qarşısını almaq üçün Fətəli şahın vəliəhdi Abbas Mirzə Rusiyaya qarşı 1805-ci ilin yazında hərbi əməliyyatlara başlayıb.

Bundan sonra Azərbaycan xanlıqlarının öz müstəqilliklərini itirmələri prosesi sürətlənib. 1805-ci il mayın 14-də Qarabağ xanlığı, mayın 21-də isə Şəki xanlığı Rusiya ilə müqavilələr imzalayıblar. Lakin bu müqavilələr dövlətlərarası münasibətləri müəyyən edilmiş şərtlər əsasında, hüquqi yolla nizama sala bilmədi. Çünki Rusiya üzərinə götürdüyü öhdəlikləri sonadək yerinə yetirmədi. Qarabağ xanı İbrahim xan 1806-cı ildə Rusiya işğalçıları tərəfindən xaincəsinə qətlə yetirildi və 1822-ci ildə xanlıq ləğv edildi.

Şimali Azərbaycanın ən böyük xanlığının - Şirvanın Rusiyaya qatılması (1805) nəticəsində növbə Bakı xanlığına çatdı. 1806-cı ildə Bakı xanlığı, az sonra Quba xanlığı ələ keçirildi. Beləliklə, 1806-cı ildə demək olar ki, bütün Şimali Azərbaycan Rusiyanın hakimiyyəti altında idi. 1806-cı ildə Rusiya ilə Türkiyə arasında da müharibənin başlanması Rusiya-İran cəbhəsində rusların vəziyyətini nisbətən ağırlaşdırdı.

Sonradan Rusiya vəziyyətin onun xeyrinə dəyişməsinə nail oldu. Napoleonun Rusiya sərhədlərindən qovulması ilə rus qoşunlarının Avropa səfərinin başlanması nəticəsində beynəlxalq vəziyyətdə yaranan dəyişikliklər İranın Rusiya ilə Gülüstan müqaviləsini bağlamasını sürətləndirdi. Artıq hərbi əməliyyatların Təbriz ərazisinə keçmə təhlükəsi yarandı. Bunun qarşısını almaq üçün Abbas Mirzə sülh danışıqlarına başlamağa icazə verdi. İngiltərə danışıqlarda vasitəçilik edirdi.

Yeri gəlmişkən, qeyd edək ki, iki imperiya arasında ixtilafların dərinləşməsinə, həmçinin digər dövlətlər də maraqlı idilər. Məsələn, Böyük Britaniya hökuməti qüvvədən düşmüş Qacarlar ilə Rusiya arasında barışığa yol verməməyə çalışırdı. 1810-cu ildə general Malkolm yenidən İrana gəlib çoxlu top və tüfəng gətirdi. 1811-ci ildə Ouzli, Harford Consun yerinə Tehrana böyük elçi göndərdi. O, 1809-cu il müqaviləsi üzrə nəzərdə tutulan pul yardımının yeni üçillik məbləğini (360 min funt sterlinq və ya 600 min tümən) Fətəli şaha yetirdi. Tezliklə İngiltərədən Qacarlara 12 top, 12 min mərmi, 12 min tüfəng, 12 min əsgərin geyimi üçün mahud göndərildi. Lakin Böyük Britaniya bu kimi səylərlə Rusiya ilə İran arasında çoxillik müharibənin sonsuzluğadək uzanmasına nail ola bilmədi və iki imperiya arasında Gülüstan müqaviləsinin imzalanması ilə müvəqqəti barışıq təmin edildi.

Türkmənçay müqaviləsinin imzalanması - istila sona çatıb

Lakin Gülüstan müqaviləsi Rusiya ilə İran arasında bütün ziddiyyətli məqamları aradan qaldırmadı. Müqavilənin birinci maddəsində bəyan edilən sülh uzun sürmədi. 1826-cı ildə tərəflər arasında ikinci müharibə başlandı. Azərbaycan ərazisi yenidən qanlı döyüş meydanına çevrildi. Bu müharibə isə 1828-ci il fevralın 10-da Türkmənçay müqaviləsinin imzalanması ilə yekunlaşdı və Azərbaycan ərazisi ikinci dəfə bölüşdürüldü. Belə ki, Türkmənçay müqaviləsinə əsasən, torpaqlarımız Araz çayı sərhəd olmaqla quzeyə və güneyə bölündü. Müqaviləni Rusiya tərəfindən İvan Paskeviç, İran tərəfindən isə Mirzə Əbdül Həsən xan imzalayıblar. Bununla da məmləkətimizin yüzillikləri əhatə edənn faciələri başlayıb.

Müqavilədə I Pyotrun vəsiyyətlərində ifadə olunmuş müəyyən məqamlar öz əksini tapıb. Sənəddə İrandan erməni əhalisinin Rusiya imperiyasının yeni torpaqlarına (İrəvan, Naxçıvan, Qarabağ və s.) köçməsi, İranın Rusiyaya təzminat (20 mln.rubl) ödəməsi, Rusiya donanmasının Xəzərdə şəriksiz hakim olması və rus tacirlərin İranda ticarət güzəştləri əldə etmələri barədə maddələr də yer alırdı.

Tarix boyunca dünya ədalətli və ədalətsiz müharibələrə şahidlik edib. Yəni əksər müharibələrin qalib və məğlub tərəfləri olduğu kimi, ədalətli və ədalətsiz tərəfləri də olub. Bir dövlət istilaçılıq, təcavüzkarlıq savaşları aparıb, özgə torpaqları hesabına öz ərazilərini genişləndirməyə çalışıb. Digər dövlət isə ərazilərini qorumaq uğrunda müqavimət göstərib. Gülüstan və Türkmənçay müqavilələrinin imzalanması ilə nəticələnən çoxillik müharibələr isə həm İran, həm də Rusiya üçün ədalətsiz mühariblərə idi. Çünki bu müharibələr onların heç birinin ərazisində deyil, üçüncü dövlətin - Azərbaycanın tarixi torpaqlarında gedirdi. Hər iki tərəfin məqsədi özlərinin imperiya maraqlarını təmin etmək idi. İtirən, ərazisi bölünən isə Azərbaycan oldu. O da kədərli faktdır ki, hər iki müqavilədə Azərbaycan toponimindən, ümumiyyətlə, istifadə olunmayıb.

Otuz il davam edən və Azərbaycanın öz gücünə nail olduğu keçmiş Dağlıq Qarabağ münaqişəsinin bünövrəsi də məhz Türkmənçay müqaviləsi ilə qoyulub. Belə ki, müqavilənin şərtləri əsasında İrandan 40 min, Türkiyədən 84 min erməni Azərbaycana köçürülüb. Torpaqlarıməızda özlərinə yer edən ermənilər sonradan Azərbaycana qarşı yeni ərazi iddiaları ilə çıxış ediblər. Ancaq müstəqil  Azərbaycan dövləti  44 günlük Vətən müharibəsinin və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatının nəticələri ilə saxta erməni iddialarına son qoydu, imperialist mərkəzlərə öz gücünü və əzmini göstərdi. İlahi ədalət mütləq öz yerini tapır!

Mübariz ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Fevral 2026 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Tam məsuliyyətimlə deyirəm, bu gün Azərbaycan kinosu...” Eldəniz Quliyevlə gündəm MÜSAHİBƏSİ

11 Avqust 2026 17:17see590

Yekun sülh sazişinə gedən yolda növbəti siyasi addım

11 Avqust 2026 16:39see461

Livan İsrail danışıqları niyə uzadılır? AÇIQLAMA

11 Avqust 2026 14:39see384

Aktyordan qızı ilə fotolar

11 Avqust 2026 13:31see356

Baş nazirin yemiş zarafatı Avstraliyanı qarışdırdı Üzr istəmədi

11 Avqust 2026 15:39see253

Trampa sui qəsd planı Pərdəarxasında kim var?

12 Avqust 2026 20:34see235

Elektrik enerjisi ilə də Avropa bazarına çıxmaq istəyirik Prezident

11 Avqust 2026 23:00see233

Livitt istefa verdi

13 Avqust 2026 00:16see212

UEFA Çempionlar Liqası: Sabah Orhus matçı başlayıb CANLI YAYIM

11 Avqust 2026 20:06see205

Ölkənin taleyini dəyişə biləcək tapıntı 6 kilometr boyunca qızıl aşkarlanıb

13 Avqust 2026 00:53see203

Rusiyanın sıxılmış karbohidrogen qazı istehsal edən zavodu zədələndi

12 Avqust 2026 03:42see193

KL: Kiprdə 6 qolluq şou

12 Avqust 2026 01:10see177

YouTube dan pul qazanmaq çətinləşir

11 Avqust 2026 14:13see176

“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək Macarıstanda...

12 Avqust 2026 00:13see172

Fazil Mustafa Əlövsət Əliyevin iradına cavab verib: “Tamamilə uyğunsuz bir iraddır”

12 Avqust 2026 02:00see170

Limonlu su arıqlamağın möcüzəvi yolu deyil

12 Avqust 2026 23:23see166

“Korintians” Depayla müqaviləni yeniləməmək qərarına gəlib

12 Avqust 2026 04:10see163

KL də 2 komanda pley offa adladı

12 Avqust 2026 01:40see155

Rumıniya kömürlə işləyən İES ləri bağlamadığı üçün Avropa fondlarını itirə bilər

12 Avqust 2026 05:17see154

Yer 7 saniyəlik cazibə qüvvəsini itirəcək Alimlər həqiqəti açıqladı

12 Avqust 2026 04:42see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri