Icma.az
close
up
RU
Məşqçi müəllimlər üçün təlim keçirilib FOTO

Məşqçi müəllimlər üçün təlim keçirilib FOTO

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

UEFA-nın dəstəyi ilə AFFA tərəfindən həyata keçirilən “Məktəblərdə Bərabərlik və Müxtəliflik” layihəsi çərçivəsində AFFA-nın Reabilitasiya Mərkəzində təlim keçirilib.

Bakıda inklüziv təhsil proqramı tətbiq olunan 10 məktəbdən gələn 20 fiziki tərbiyə məşqçi-müəllimlər üçün təşkil olunan təlim layihənin sosial inklüzivlik məqsədlərinə uyğun olaraq nəzəri və praktiki hissələrdən ibarət olub. Tədbirin açılışını AFFA-nın Sosial və Ətraf Mühit dayanıqlı layihələr üzrə meneceri Kifayət Mustafayeva edib. O, layihənin Azərbaycan məktəblərində futbol vasitəsilə sosial inklüzivliyi və müxtəlifliyi təşviq etmək məqsədi daşıdığını deyib. K.Mustafayeva həmçinin UEFA-nın sosial davamlılıq prinsipləri və AFFA-nın gənclərlə iş strategiyası ilə layihənin tam uyğunluğunu qeyd edib.

Təlim layihə mentoru Gülyana Özcan, Azərbaycan Autizm Assosiasiyasının idman direktoru, psixoloq-reabilitoloq İlham Osmanlı, eləcə də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin layihə əsaslı öyrənmə üzrə eksperti Ofeliya Qafarovanın iştirakı ilə keçirilib. Nəzəri hissədə inklüzivliyin əsas prinsipləri haqqında geniş məlumat verilib. Praktiki hissədə isə müəllimlər futbolun təməl texnikaları (ötürmə vermə, driblinq, top qəbulu, zərbə vurma) üzrə inklüziv məşq planlarını tətbiq ediblər. Məşqlər fiziki məhdudiyyətlərə uyğunlaşdırılmış qaydalarla keçirilib. Əsas məqsəd müəllim və məşqçilərin inklüziv təhsil bacarıqlarını artırmaq, onları fərqli ehtiyaclara malik uşaqlarla effektiv işləməyə hazırlamaqdır. Bu, layihənin ümumi hədəfinə – məktəblərdə futbol vasitəsilə sosial inteqrasiyanı gücləndirməyə xidmət edir.

Sonda müəllimlərə AFFA tərəfindən diplomlar təqdim olunub.

Layihə 2025/2026-cı illər müddətində davam edəcək və Bakının 10 inklüziv məktəbində 100-200 şagirdin iştirakı ilə həyata keçiriləcək.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 08 Sentyabr 2025 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri