Icma.az
close
up
RU
Məşqçilikdə zirvə nədirsə, ona doğru gedəcəyəm Vüqar Nadirov

Məşqçilikdə zirvə nədirsə, ona doğru gedəcəyəm Vüqar Nadirov

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Mövsümə istənilən kimi başlaya bilməyən, 9-cu turdan sonra baş məşqçisini istefaya göndərən "Şəmkir" Azərbaycan millisinin sabiq hücumçusu Vüqar Nadirovun gəlişindən sonra yüksəlişdədir. Qərb təmsilçisini pley-off oynamağa imkan verən 4-cü yerdən cəmi 1 xal ayırır. "Haypers Quba"nı Region Liqasından II Liqaya daşıyan, indi də "Şəmkir"Lə I Liqaya yaxın olan Nadirov məşqçi kimi özünü təsdiqləməkdədir. Onunla söhbətləşib komandasının çıxışı, gələcək planları barədə danışdıq. 

37 yaşlı mütəxəssisin Fanat.Az-a müsahibəsi belə alındı:

- Birinci Qarabağ müharibəsi şəhidi olan atanızın qəbrini tapmısınız. Bu, necə baş verdi?

- Elədir. Bu həftənin əvvəlində getdik. Ağdamda atamın iki tanışı olub - Nəriman kişi və Xaqani kişi. Bunu onların köməyi ilə etdik. Onlarla mütəmadi əlaqə saxlayırdım. Atam şəhid olanda yanında olan, onu dəfn edən insanlardır. Nəhayət, portaldan keçib bacılarımla birgə getdik Uzundərəyə. Atam orada dəfn olunub. Ağdamın girişində olan kənddir. Atam ölüm ayağında onlara vəsiyyət edib ki, onu üzü Ağdama olan, yüksəklikdə yerləşən həmin kənddə basdırsınlar. Çox təsirli səhnə idi. Məzardan nişan yox idi. Atışmaya görə tələsik tərk ediblər oranı. Amma hər ikisi əmin idilər ki, qəbrin yerini tapacağıq. Əraziyə qalxdıqdan sonra axtarmağa başladılar, ora-bura gəzirdilər. Təsəvvürlərində canlandırmağa çalışırdılar. Bu vaxt böyük bacım qeyri-ixtiyari bir torpaq təpəsinə yaxınlaşıb yanında dayandı. Birdən həmin kişilərdən biri həyəcanla dedi ki, məzar qızının dayandığı yerdədir. Sanki bacımı torpaq çəkib ora apardı... Beləliklə, məzarı tapdıq. Məzarın məhz atama - Ərşad Nadirova aid olduğuna əminlik üçün gələcəkdə DNT testi də etdirəcəyəm. Baxmayarq ki, atamın dostları inandırdılar. Sonra isə qəbrin üstünü düzəldirəcəyik.





- Gələk "Şəmkir"in nəticələrinə. Son turda əsas izləyiciniz olan "Dinamo" ilə qarşılaşdınız və inamlı qələbə qazandınız. 2:0-ı bizim üçün şərh edərdiniz...

- Çox ciddi hazırlaşmışdıq. "Dinamo" ilk dövrədə "Şəmkir"dən - o vaxt biz hələ gəlməmişdik - xal almışdı. Ümumiyyətlə, iddialı komandalara başağrı olan rəqib idi, "Haypers Quba"nı, "Şimal"ı udmuşdular. Oyuna gec motivasiya ola bildik, amma ikinci hissədə istədiyimiz qolları vurub 3 xalı əldə edə bilik. Hədəfimiz Birinci Liqadır. 

- "Şəmkir"ə 9-cu turdan sonra gəldiniz. Komanda bu görüşlərdən dördündə uduzmuş, ümumiyyətlə, beşində xal itirmişdi, son sıralarda idi. Amma bu gün komanda hətta Birinci Liqaya iddiasını davam etdirir. Komanda 5-ci yerdədir və bir pillə irəlidəki rəqibindən bir xal geri qalır. "Şəmkir"i təhvil alanda nəticənin belə olacağına inanırdınız?

- Məni futbolçu kimi tanıyırsız, xarakterimə bələdsiniz. Futbolçu kimi necə məqsədli idimsə, məşqçi kimi də eyni amalla davam edirəm. Şərt o deyil ki, çıxıb futbol oynayasan, yalnız nəticəni düşünəsən. Əsas komandanı, ailəni, birliyi, insani keyfiyyətləri, intizamı qurmaqdır. "Şəmkir" klubu olaraq hamıdan çox əziyyət çəkirik. Klubda hər kəs əlini daşın altına qoyub, hamı özünə aid sahədə əlindən gələndən daha artığını etməyə çalışır. Bir-bir adlarını çəkmirəm. Şükürlər olsun, yavaş-yavaş istəyimizə çatırıq. Düzdür, hələ heç nə etməmişik. Vacib oyunlar irəlidədir. Qalan 6 oyunun hər biri bizim üçün finala bərabərdir. Belə deyək, hər turda "qızıl oyun"a çıxırıq.

- Birinci Liqaya çıxmaq üçün pley-off oynamağa imkan verən 4-cü yeri hazırda sabiq komandanız "Haypers Quba" tutub. Maraqlıdır ki, tərəflər arasında baş tutan hər iki görüşdə qələbəyə siz sevinmisiz. 

-  Bunu komandadakılara zarafatla deyirəm ki, birinci dövrədə "Haypers Quba" ilə "Şəmkir"i səfərdə uddum, "Şəmkir"lə də "Haypers Quba"nı Qubada. Yəni mən borcumu qaytardım (gülür). 

- Ən çətin və ən yaxşı oyununuz hansılar olub?

- Çətinliyə qalsa, bütün oyunlar bizim üçün çətin olub. Amma ən yaxşı kimi təsnifatlandırsam, "Haypers Quba" ilə oyunu xüsusilə fərqləndirərdim. O cümlədən "Şəfa" ilə matçımız maraqlı alınıb.


- Ot örtüyünün bərpasına başlamışdınız. Stadionun durumu indi necədir?  

- 15 il idi ki, kompleksin qazonuna əl dəyilməmişdi, döyənək olmuşdu. Qərara gəldik ki, meydanın texnikanın vasitəsilə dayaz şəkildə qaşıyaq. Yeni ot bitməsi üçün bu addımı atdıq. Oranın örtüyü elədir ki, səndən ancaq su istəyir, başqa heç nə. Suyunu ver, ot çıxacaq. Artıq qazon yaşıllaşıb. Ümumiyyətlə, Olimpiya Kompleksi xeyli müddət baxımsız qalmışdı, nəmişlik var idi. Sağ olsunlar, Vüsal müəllim, Mahir müəllim, komanda üçün əllərindən gələni edirlər. 

- Birinci Liqaya yüksəlsəniz, sponsorlarınız yenə komandaya maddi dəstək ola biləcəklər?

- Öncədən danışmağı xoşlamıram, amma buna inanıram. Düzdür, Şəmkir futbolunun tarixi olub. Klub 2001-ci ildə avrokubokda Latviyanın "Skonto" komandasını keçməklə tarixi nəticə əldə edib. Çempionlar Liqasında nəticə qazananda komandanı Ağasəlim Mircavadov çalışdırıb. Heyətdə Badri Kvaratsxeliya, Mehman Yunusov, Rauf Mehdiyev, Viktor Kulikov, Mübariz Orucov, İsmayıl Məmmədov kimi adlı-sanlı futbolçular çıxış ediblər. Futbolçulara klubun tarixindən tez-tez danışıram. Çalışırıq ki, "Şəmkir"in həmin əzəmətini geri qaytaraq. 

- Bəs heyətdə necə, çox dəyişiklik olacaq?

- Yox, Birinci Liqaya çıxsaq belə, böyük dəyişiklik olmayacaq. Çünki hər dəfə komandanı söküb yığmaq istəmirəm. Düzdür, hər mövqeyə bir oyunçu istəyərəm. Amma konkret, hansı mövqedə daha çox axsama olduğunu indidən demək istəmirəm. Çünki uşaqlar müsahibəni oxuyarlar, bu da komandadaxili atmosferi korlaya bilər. Həm də hələ məqsədə çatmamışıq. Birinci Liqaya yüksəldikdən sonra bunları müzakirə etmək olar.  

- Məşqçi kimi gələcək hədəfləriniz, özünüzü inkişaf etdirmək baxımından nələr planlarınız hansılardır? 

- Bildiyiniz kimi, milli üzvlərinə C kateqoriyası avtomatik verilir. Sonra oxuyub "B"-ni də aldım. İndi "A"-ya hazırlaşıram. İnşallah, daha sonra Pro kateqoriyanı almağı hədəfləyirəm. Mən məqsədli insanam. Yerində saymağı, bu günlə kifayətlənməyi xoşlamıram. Məşqçilikdə zirvə nədirsə, ona doğru gedəcəyəm. 

Mirağa Mirzəyev

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://fanat.az
archiveBu xəbər 11 Aprel 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri