Qan analizi verənlərin çoxu bu səhvləri edir
Icma.az, Yenisabah saytına istinadən bildirir.
Qan analizinin nəticələrinin dəqiq olması üçün müayinədən əvvəl bir sıra qaydalara əməl etmək vacibdir.
“Yeni Sabah” xəbər verir ki, Yeni Klinika qan analizi verməyə hazırlaşan şəxslərə bir sıra tövsiyələr verib.
Bildirilib ki, rutin biokimyəvi və hormon analizləri üçün 8–12 saat ac qalmaq tələb olunur. Bu müddətdə adi su içməyə icazə verilsə də, qəhvə, tünd çay, enerji içkiləri, qazlı və şəkərli içkilərin qəbulundan çəkinmək lazımdır. Sərfəli qiymətə məhsullar
Həmçinin analizdən əvvəl ağır və yağlı yeməklər yeməmək, intensiv fiziki fəaliyyətdən uzaq durmaq tövsiyə olunur. Qan verməzdən əvvəl 10–15 dəqiqə sakit vəziyyətdə dincəlmək də vacib məqamlardan biridir.
Klinikanın tövsiyələrinə əsasən, analiz verən şəxslər qəbul etdikləri dərmanlar barədə həkimi məlumatlandırmalıdırlar. Dərman qəbulunu isə özbaşına dayandırmaq olmaz.
Bundan başqa, analizdən əvvəl alkoqol və siqaretdən çəkinmək tövsiyə edilir.
Aytac ƏIiyeva
Baxış sayı:51
Bu xəbər 28 Noyabr 2026 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















