Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

“Messi adamın yadında şeir kimi qalır. Ronaldo isə…” (MÜSAHİBƏ)

“Messi adamın yadında şeir kimi qalır. Ronaldo isə…” (MÜSAHİBƏ)

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünya çempionatları ərəfəsində dostum Qismətlə müsahibələrim artıq ənənəyə çevrilib. Futbolun ədəbiyyatını mundial kimi müsahibədə varaqladıq…

– FIFA mundialda ölkə sayını artırıb. Kiməsə bu forma xoş gəlir, kimsə klassika tərəfdarıdır. 80-lərdən olduğumuza görə baccoların, “yekədiş ronaldoların”, batistutaların, maldinilərin, raulların oyununu görmüş adamlarıq. O vaxtlar, yoxsa indi…
– Bolqar yazıçı Georgi Qospodinovun 2023-cü ildə Beynəlxalq Buker Mükafatına layiq görülmüş “Zaman sığınacağı” romanının əla bir süjeti var: Alzeymer xəstələri və xərifləməyə başlayanlar üçün keçmiş onillikləri – 60-cı, 70-ci, 80-ci illəri – mebellərindən tutmuş qəzetlərinə, radio mahnılarından qoxularına qədər bərpa edən xüsusi bir klinika açılır. Bu klinikanın məqsədi yaddaşını itirən insanlara təhlükəsiz bir sığınacaq bəxş etməkdir. Amma bir müddət sonra müasir dünyanın sürətindən, qeyri-müəyyənliyindən və qayğılarından yorulan sağlam adamlar da gələcəkdən əlini üzərək bu keçmiş sığınacaqlarına axışmağa başlayır. Nostalgiya hissi epidemiya kimi yayılır və hadisələr fərdi terapiyadan çıxıb qlobal antitopiyaya çevrilir: bütün Avropa ölkələri tarixlərindəki ən xoşbəxt “qızıl dövrə” geri dönmək üçün ümummilli referendumlar keçirməyə başlayır. Lakin seçilən “keçmiş” həmin zamandakı qaranlıq tərəfləri, köhnə millətçilikləri və dağıdıcı ideologiyaları da dirildir, üstəgəl, nostalgiya asılılığı bugünkü problemlərdən qaçmağın ziyanlı sığınacağına çevrilir.

Bu gözəl romanın məntiqindən çıxış etsək, əgər söhbət sırf formatdan gedirsə, mən keçmişin sığınacaqlarından birini seçirəm. O vaxt Dünya Çempionatı da, Bakı vaxtı ilə 23:45-də başlayan Çempionlar Liqasının formatı da indikindən dəfələrlə yaxşı idi, məncə. İndiki 48 ölkəli formatın məndə oyatdığı duyğu belədir: elə bil, bizim daha çox adamın könlünü almağa çalışan müsabiqələrimiz kimi, axırda qalibdən başqa iki dənə ikinci yer, üç dənə də üçüncü yer olacaq. İndi həyatın hər sahəsində olduğu kimi, futbolda da hədsiz statistika tiranlığı var. Nüansların fərqindən, detalların müqayisəsindən daha çox nəyisə ilk dəfə etməyin yarışı gedir, nə bilim, filankəs 1970-ci ildən bəri oyunun ortasında məşqçinin verdiyi təlimatı ən tez başa düşən oyunçular arasında birinci yerdədir… İndi əksər futbolçular özlərinə maya qoyub netfliksdə sənədli filmlər çəkdirir, yaxud instaqramda sevgililəri ilə çimişirlər, şirlər, şırlar…

Bir məsələdə özümə keçmişdən sığınacaq seçsəm də, Qospodinovun xəbərdarlıq etdiyi kimi, keçmişi zinət, bugünü lənət saymaq fikrim yoxdur. Ona görə də, əgər söhbət oyunun özündən zövq almaqdan gedirsə, mən xatirə tutumu olan dünənləri də, bu günləri də sevirəm, sabahları da sevəcəm. Dünənlərdə “yekədiş” Ronaldo vardısa, bu günlərdə də Messi var, sabahların da öz ulduzları olacaq.

– Kabo Verde, Kurasao, Panama kimi xırda ölkələr debütant olsalar da, özlərini qərib hiss etmirlər. Hətta qol vurur, xal qazanırlar. Elə bil, əvvəllər belə deyildi. Böyüyün böyük, kiçiyin kiçik yeri vardı…
– Açığı, bu ekzotik ölkələrin adları mənə çox ləzzət edir: Yaşıl Burun Adaları Respublikası, Fil Dişi Sahili Respublikası. Kaş bütün ölkələrin adları belə bədii olsun, məsələn, küləkləri ilə məşhur bir ölkənin adı olsun: Köndələn Küləklər Respublikası. Kurasaoya gəldikdə – portuqalca “ürək” sözündəndir. Deyilənə görə, əksər mərc kontorları orada qeydiyyatdan keçir. Bu il bir xeyli böyük ölkə, deyəsən, bu balacaların hesabına borclarını bağlayacaq…

– Türk dünyasını bu mundialda Türkiyə və Özbəkistan təmsil edirdi. Ümid böyük olsa da, nəticələr pis oldu. Bir italyan – Montella qardaş ölkənin, digər italyan – Kannavaro da əkələrin qanını qaraltdı…
– Türklər təbiətən impulsiv, emosional və ehtiraslıdır. Onların taktikası gərək bu daxili enerjiyə söykənsin. İtalyanların soyuq, rasional futbol fəlsəfəsi bu impulsiv xarakterlə uyğun gəlmir. Türklər öz təbiətlərinə, o emosional ritmə uyğun oynayanda daha baxımlı və uğurlu olurlar. Gərək forma məzmuna uyğun olsun.

– Bu səpkidə sualı bir dəfə də hansısa müsahibəmizdə vermişdim. Vladimir Putin idmana yaxın adamdır, Rusiyanın futbol yarışlarından kənar qalması necə təsir edər ona? Ümumiyyətlə, Rusiyanın idman yarışlarından kənar qoyulması nəyin nəticəsidir?
– Bu, Rusiyanın sülhün yaşıl meydançalarını yox, imperialist hikkə ilə hərbin qan qırmızısı meydanlarını seçməyinin nəticəsidir. Madam ki, söhbətimiz yenidən Rusiyanın və qaçılmaz şəkildə Ukrayna müharibəsinin üstünə gəldi, onda mövzuya uyğun bir futbol analogiyası ilə davam edək. Sənin Rusiyanın bütün yarışların ofsaydında qalması ilə bağlı sualın yadıma ukraynalı dahi məşqçi Valeri Lobanovskini saldı. Lobanovski riyaziyyatçı idi, buna əsasən də Kiyev “Dinamo”su və SSRİ millisi ilə kollektiv nizama söykənən bir sistem qurmuşdu. Bu, təxminən, Hollandiyanın “total futbol” anlayışının sovet versiyası idi. 1988-ci il Avropa Çempionatının finalında Lobanovskinin kollektiv maşını ilə Hollandiyanın “total futbol”u qarşılaşdı və SSRİ uduzdu. Çünki onların kollektivçiliyində istedadın fərdiliyinə yer yox idi, ancaq hollandların totallığı fərdiliyi istisna etmirdi. Van Bastenin əfsanəvi qolu fərdiliyin, istedadın təntənəsi idi.

1996-cı ildə Lobanski yenidən “Dinamo”nun (Kiyev) baş məşqçisi oldu və bu dəfə artıq imperiyanın qandallarına bağlı deyildi deyə, parlaq istedadı olan tələbələrini – Rebrovu və Şevçenkonu öz sisteminin mərkəzinə yerləşdirdi. O məşhur oyunlar yadına gələr, 1997-ci ildə “Dinamo” Çempionlar Liqasında “Barselona”nı öz evində 3:0, səfərdə 4:0 uddu. Altı il sonra, artıq Lobanovski bu dünyada olmayanda, Şevçenko “Milan”la Çempionlar Liqasını qazandı və ilk işi Ukraynaya qayıdıb qızıl medalını ustadı Lobanovskinin məzarına qoymaq oldu…

– Hazırda dünyanın iki supergücü – ABŞ və Çin nəinki çempion olmayıb, heç dişəbatan nəticələri də yoxdur. Niyə belədir?
– Çünki hər ikisində də köklü, təbii surətdə formalaşmış futbol mədəniyyəti yoxdur. Xüsusilə Çin bu mövzuda maraqlı nümunədir. Dövlət başçısı Şi Cinpinq böyük futbol fanatıdır. Onun 2050-ci ilə qədər ölkəni futbol mərkəzinə çevirmək, 70 min yeni yaşıl meydança tikmək, 50 milyon insanı futbolçu etmək kimi utopik fərmanları vardı. Yadına gələr, bir ara Avropadan ulduzlarını astronomik pullarla transfer edirdilər, amma futbolu yuxarıdan aşağıya, partiya əmri ilə, direktivlərlə, zavod planı kimi qurmaq mümkün olmadı. Nəticədə nə oldu? Milyard dollarlıq sistem böyük korrupsiya bataqlığına yuvarlandı, klublar iflas etdi. Futbol Federasiyasının rəhbərləri, menecerlər rüşvət ittihamları ilə həbs edildilər. Çin sübut etdi ki, pul və siyasi iradə ilə kosmosa peyk buraxmaq olar, amma futbolun azad ruhunu, istedadın heç kimə bənzəməyən aurasını laboratoriyada icad etmək olmaz. Həmin 70 min stadion indi Çinin “Ruhlar şəhəri”ndəki abidələrə bənzəyir…

– DÇ-nin oyunlarını buraxmazdıq, çatdıra bilmədiyimiz oyunun da videokasetini “prakatdan” götürüb baxardıq. İndi o entuziazm yoxdur sanki…
– Yaşa doluruq, gənc nəsildən soruşmaq lazımdır. Ancaq daha geniş kontekstdən baxsaq, indiki dünya hədsiz mexanikidir, xəyal kinoteatrları bağlıdır. Artıq Oruelin fiziki qadağalarla nəzarət dünyasında yox, Oldos Hakslinin “həzz və informasiya bolluğu ilə” nəzarət modeli işləyir. Oldos Haksli, məncə, Jil Delözün mənəvi əcdadıdır. İndi Delözün rəqəmsal texnologiyalar və informasiya şəbəkələri vasitəsilə idarə olunan, soyuq qandalların yerinə gözəgörünməz kodlardan düzəlmiş elektron zindanlardakı “Nəzarət cəmiyyəti” modelində yaşayırıq. Hakslinin modelində ağrın varsa, dərman verirlər ki, keyləşdir, ağlın varsa, imkan verirlər ki, “şey”ləşdir. Heç vaxt intizar çəkməmiş adamlar çoxalır…

– Favoritini bilirəm, ancaq yenə soruşum, bəlkə dəyişiklik var…
– Mən heç vaxt sevgilərimin “pro”sunu, “max”ını axtarmamışam. Argentina!

– Azərbaycan milli komandası dünya futbolunun uğursuz yumoru olmağa davam edir.
– Yas yerində ucadan gülmək olmaz…

– Messi, ya Ronaldo sualına cavabını da bilirəm, gəl bu dəfə bu məsələyə hekayənin finalı kimi baxaq…
– Messi adamın yadında şeir kimi qalır. Necə ki, bir şeirin hansısa misrasını unudanda narahat olursan, amma dərhal açıb quqldan baxmaq istəmirsən; həmin şeiri bir də bütöv, başdan deyib axtardığın misranı tapırsan, Messi də yaddaşa elə hopur. Ronaldo isə elə bil daha çox tarix kitabındakı bir rəqəm olmağa, datalaşmağa meyillidir. Tutalım, “Boston çay qonaqlığı” yadına düşməyəndə onu tapmaq üçün əlləşmirsən, deyirsən ki, gözlə bir dəqiqəyə baxaram, elə bil, Ronaldo adamlardan çox, sənədlərin yaddaşına inanır. Deyəsən, bir az da keçsə onun belə rekordlarını görəcəyik: 40 yaşından sonra birinci taymlarda yerə tüpürməyən ən yaşlı portuqaliyalı futbolçu…

– Futbol öz finalına nə vaxt çatar, səncə?
– Bütün oyunçuların VR eynəklər taxıb süni intellekt hakimlərinin idarə etdiyi alternativ reallıqda xəyali bir top uğrunda mübarizə aparması idman kimi legitimləşəndə…

Elçin Cəlilov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 29 İyun 2026 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see324

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see296

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see270

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see254

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see249

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see247

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see240

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see225

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see221

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see204

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see198

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see196

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see193

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see184

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see180

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see179

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see177

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see177

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri