Messi bu oyunu da buraxacaq
News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"İnter Mayami"nin hücumçusu Lionel Messi KONKAKAF Çempionlar Kuboku çərçivəsində "Kavaliers"lə matçı buraxacaq.
News24.az xəbər verir ki, bu barədə Argentina mətbuatı məlumat yayıb.
37 yaşlı forvard zədəli olmasa da, baş məşqçi Xavyer Maskerano ona daha bir neçə günlük istirahət şansı verib. Mütəxəssis Messinin sağlamlığını riskə atmaq istəmir.
Ulduz futbolçu fevralın 26-da “Sportinq Kanzas Siti” ilə matçda əzələ narahatlığı yaşayıb. Messi martın 3-də "İnter Mayami"nin "Hyuston Dinamo" ilə oyununda (4:1) da iştirak etməyib.
Qeyd edək ki, "İnter Mayami" - "Kavaliers" matçı Bakı vaxtı ilə bu gecə saat 03:00-da başlayacaq. Messi cari mövsüm komandası ilə 3 görüşə çıxıb, 2 qol vurub və 2 qolun ötürməsini verib. /qol.az
Baxış sayı:65
Bu xəbər 09 Mart 2025 05:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















