Icma.az
close
up
RU
Messi Donovanın rekordunu təkrarladı!

Messi Donovanın rekordunu təkrarladı!

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Noyabrın 19-da Cənubi Amerikada DÇ-2026-nın seçmə turnirinin 12-ci turunun oyunlar keçirildi. Lider Argentina qələbə qazandı, əsas izləyiciləri Uruqvay, Kolumbiya və Braziliya isə xal itirdi.

Sonuncu dünya çempionu əvvəlki oyunda səfərdə Paraqvaya 1:2 hesabıyla uduzmuşdu. Buna baxmayaraq, 1-ci yerdəki mövqeyini itirməyən Argentina yığmasının evdə Perudan maksimum xal almaqda çətinlik çəkməyəcəyi güman olunurdu. Nəticə gözlənilən kimi oldu, amma “albiselesta” autsayderlərdən biri üzərində qələbəni çətinliklə qazandı. Lautaro Martines 55-ci dəqiqədə Messinin ötürməsi ilə hesabı açdı. “İnter”in 27 yaşlı hücumçusu milli formadakı qollarının sayını 32-yə çatdırmaqla əfsanəvi Dieqo Maradonanın göstəricisini təkrarladı.
Qeyd edək ki, Argentina yığmasında ən çox qol vuran futbolçu Messidi. O, 112 dəfə rəqib qapılarına yol tapıb. Qabriel Batistutanın 55, Serxio Aqueronun 41, Ernan Kresponun hesabında isə 35 qol var. Martineslə Maradona hərəyə 32 qolla yığma tarixinin ən yaxşı bombardirlərinin siyahısında 5-6-cı yerləri bölüşür. Messinin milli formada 58-ci məhsuldar ötürməni etməklə dünya futbolunda Lendon Donovana (ABŞ) məxsus rekordu təkrarladığıını xüsusi vurğulayaq.
Argentina hazırda əsas izləyicisini 5 xal qabaqlayır. Uruqvay yığması bir neçə gün əvvəl evdə Kolumbiyanı 3:2 hesabıyla məğlub etməklə mundialın seçmə turnirində 4 oyunluq qolsuz və qələbəsiz seriyaya son qoymuşdu. Marselo Byelsanın komandası Braziliyaya qarşı səfər matçında heç də zəif təsir bağışlamadı. Fasilədən sonra Valverde qonaqları hesabda önə keçirdi, çox keçmədən “Flamenqo”nun yarımmüdafiəçisi Jerson cavab qolunu vurdu. Salvadorda keçirilən oyunun nəticəsi meydandakı mübarizənin axarına uyğun oldu – 1:1.
Bu nəticə Uruqvayı 2-ci yerdə saxladı, Dorival Juniorun çalışdırdığı Braziliya isə adıcıl ikinci heç-heçə ilə 4-cü yerdən 5-ə düşdü. Diqqəti cəlb edən fakt kimi Vinisius Juniorun milli formada keçirdiyi son 5 oyunda məhsuldar fəaliyyəti ilə seçilmədiyini də bildirək.
Uruqvay artıq böhrandan çıxarkən, Kolumbiya belə vəziyyət yaşamaqdadı. Əslində Ekvadorla ev oyununun ilk yarısı meydan sahiblərinin böyük bəxtsizliyi ilə yadda qaldı: onlar bir neçə real qol şansından yararlana bilmədilər. Rəqib müdafiəçi İnkapye 34-cü dəqqiədə Kordobaya qarşı kobudluğa görə meydandan qovularkən kolumbiyalıların say üstünlüyündən istifadə edəcəklərini düşünmək olardı. Lakin Valensiyanın erkən qolu ilə qalib gələn Ekvador yığması əzmkarlıq göstərməklə 3-cü yerə çıxdı. Sebastyan Bessasesenin komandasının seçmə turnirdə ardıcıl 5-ci matçda top buraxmadığını da vurğulayaq.
Çətin Boliviya səfərində bir xal qazanan Paraqvay yığması bu regiondan mundialın final mərhələsinə birbaşa vəsiqə verən ilk 6 yerdən birini tutmaq şansını bir qədər də artırdı.
Cənubi Amerika
12-ci tur
Argentina - Peru 1:0 (0:0)

Argentina: E.Martines, Otamendi, Talyafiko, Montyel (N.Peres, 76), Balerdi (Medina, 90), De Paul (Lo Çelso, 81), Makallister (Paredes, 90), E.Fernandes, Messi, X.Alvares (Simeone, 81), Lautaro Martines.
Peru: Qalyese, Sambrano, Kalyens, Advinkula, Migel Arauxo, Sonne (Reyna, 73), Penya (Kispe, 86), Kastilyo, P.Gerrero (Lapadula, 64), Polo, Valera (Flores, 73).
Qol: Lautaro Martines, 55.
Vərəqələr: Migel Arauxo, 44. Sambrano, 88. Lapadula, 90+3 - sarı.
Hakim: Vilmar Roldan (Kolumbiya).
19 noyabr. Buenos Ayres.
Braziliya - Uruqvay 1:1 (0:0)
Braziliya: Ederson, Markinyos, Qabriel Maqalyans, Danilo, Abner (Martinelli, 58), Jerson (Lukas Paketa, 86), Bruno Gimaraynş (Andre, 86), Rafinya, Vinisius Junior, İqor Jezus (Luis Enrike, 58), Savinyo (Estevao, 73).
Uruqvay: Roçet, X.Ximenes, Saraççi, Varela, M.Olivera, Bentankur, Valverde, Uqarte, Maksimiliano Arauxo (K.Olivera, 81), Pelyistri (Xose Rodriges, 66), D.Nunyes (R.Agirre, 46).
Qollar: Valverde, 55 (0:1). Jerson, 62 (1:1).
Vərəqələr: Uqarte, 41. Rafinya, 69. Varela, 83. Lukas Paketa, 89. Qabriel Maqalyans, 90+3 - sarı.
Hakim: Pyero Masa (Çili).
19 noyabr. Salvador.
Kolumbiya - Ekvador 0:1 (0:1)
Kolumbiya: K.Varqas, Moxika (K.Qomes, 90+3), D.Sançes, Lukumi, Munyos, Xames Rodriges, Portilya, Rios (Kintero, 59), L.Dias, C.Aryas (Duran, 59), Kordoba (Borre, 86).
Ekvador: Qalindes, Estupinyan (Merkado, 90+2), Paço, İnkapye, Ordonyes, Franko, Plata (K.Rodriges, 79), M.Kaysedo, Vite (F.Torres, 46), Minda (Çaves, 60), Valensiya (Qrueso, 46).
Qol: Valensiya, 7.
Vərəqələr: Qrueso, 54. Portilya, 60. Duran, 73. M.Kaysedo, 85. Lukumi, 90+5 - sarı. İnkapye, 34 – qırmızı.
Hakim: Esteban Ostoyiç (Uruqvay).
19 noyabr. Barrankilya.
Boliviya - Paraqvay 2:2 (1:0)
Boliviya: Viskarra, Akin, R.Fernandes (Vilyamil, 70), Suares, Medina, Kuelyar, R.Vaka, Mateus (L.Çaves, 70), E.Vaka (Morales, 46), Terseros, Alqaranyas (Monteyro, 70).
Paraqvay: X.Fernandes, Q.Qomes, Balbuena, Alonso, Kaseres, Sandes (Ensiso, 46), Almiron (R.Sosa, 86), Vilyasanti (Ovyedo, 87), Qalarsa, D.Qomes (Alexandro Romero, 65), Arse (Sanabriya, 65).
Qollar: E.Vaka, 15 (1:0). Almiron, 71 (1:1). Terseros, 80-p. (2:1). Ensiso, 90+1 (2:2).
Vərəqələr: Terrasas, 82 (meydandan kənarda). D.Qomes, 83 (meydandan kənarda) - qırmızı.
Hakim: Andres Matonte (Uruqvay).
19 noyabr. El Alto.
Çili - Venesuela 4:2 (3:2)
Çili: Kortes, Maripan, Eçeverriya, P.Dias, Suaso, Vidal (Kabral, 67), D.Valdes, Pisarro (Paves, 81), E.Varqas (Mora, 81), Aravena, Sepeda (M.Gerrero, 81).
Venesuela: Romo, Anxel, R.Ramires, Navarro (Kadis, 87), Aramburu (Ferraresi, 71), Rinkon (C.Murilyo, 55), Soteldo, Xose Martines, Seqoviya, Rondon (E.Ramires, 71), Savarino (Andrade, 71).
Qollar: Savarino, 13 (0:1). E.Varqas, 20 (1:1). R.Ramires, 22 (1:2). Rinkon, 29-öz qapısına (2:2). Sepeda, 38 (3:2). Sepeda, 47 (4:2).
Vərəqələr: Vidal, 37. Aramburu, 43. Anxel, 78. Xose Martines, 85 - sarı.
Hakim: Fakundo Telyo (Argentina).
19 noyabr. Santyaqo.
1. Argentina 12 8 1 3 21-7 25
2. Uruqvay 12 5 5 2 17-9 20
3. Ekvador (-3) 12 6 4 2 11-4 19
4. Kolumbiya 12 5 4 3 15-10 19
5. Braziliya 12 5 3 4 17-11 18
6. Paraqvay 12 4 5 3 8-7 17
7. Boliviya 12 4 1 7 13-27 13
8. Venesuela 12 2 6 4 11-15 12
9. Çili 12 2 3 7 9-20 9
10. Peru 12 1 4 7 3-15 7
Bombardirlər: Messi (Argentina) - 6, D.Nunyes (Uruqvay) - 5, Rafinya (Braziliya), L.Dias (Kolumbiya), Sanabriya (Paraqvay), Terseros (Boliviya) - 4.
Növbəti turun oyunları gələn il martın 20-də keçiriləcək: Uruqvay – Argentina, Ekvador – Venesuela, Braziliya – Kolumbiya, Paraqvay – Çili, Peru – Boliviya.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Dekabr 2024 22:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see248

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see239

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see234

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see232

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see231

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see228

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see227

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see227

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see221

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see206

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see205

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see200

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see199

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see196

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see193

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see191

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see191

Trampdan İran bəyanatı Qərarından peşman deyil

11 Sentyabr 2026 04:09see188

Payızda orqanizmə güc verən 3 MƏHSUL

11 Sentyabr 2026 04:56see187

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri