Icma.az
close
up
RU
Messi dünya çempionatları tarixində 11 göstəricidə liderdir

Messi dünya çempionatları tarixində 11 göstəricidə liderdir

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Argentina millisinin kapitanı Lionel Messi 2026-cı il dünya çempionatını komandasının finalda İspaniyaya əlavə vaxtda 0:1 hesabı ilə məğlub olması ilə başa vursa da, mundial tarixində yeni rekordlara imza atıb.

Moderator.az xəbər verir ki, 39 yaşlı hücumçu dünya çempionatları tarixində üç final görüşünə həm start heyətində çıxan, həm də kapitan kimi meydana çıxan ilk futbolçu olub.

Bu göstəricidə Pele, Ronaldo Nazario və Lotar Matteus kimi əfsanələri geridə qoyub.

Messi həmçinin 1966-cı ildən bəri keçirilən dünya çempionatlarının statistikasında 12 əsas göstəricidən 11-də liderdir. O, məhsuldar ötürmələrin (12), yaratdığı real qol epizodlarının (24), ümumi zərbələrin (139), qapıya dəqiq zərbələrin (64), gözlənilən qol (19,6), gözlənilən assist (11,1), hücumun son üçdəbir hissəsində dəqiq ötürmələrin (639), cərimə meydançasına ötürmələrin (236), uğurlu cinah ötürmələrinin (40), topla qət etdiyi məsafənin (9136 metr) və uğurlu driblinqlərin (137) sayına görə birinci yerdədir. Yeganə istisna vurduğu qollardır. Bu göstəricidə 21 qolla Mbappedən geri qalaraq ikinci pillədə qərarlaşıb.

Turnir ərzində Messi Argentina millisinin hücum xəttinin əsas aparıcı qüvvəsi olub. O, 8 qolla komandasının ən məhsuldar futbolçusu kimi yadda qalıb və yaratdığı qol imkanları, məhsuldar ötürmələri ilə də ön plana çıxıb.

Finalda İspaniyaya qarşı keçirilən görüşdə isə Messi 34 ötürmədən 27-ni dəqiq ünvanlayaraq 79 faiz dəqiqlik nümayiş etdirib. Lakin o, komanda yoldaşları üçün qol vəziyyəti yarada bilməyib.

Qeyd edək ki, Messi DÇ-2026-da bombardir və ən yaxşı məhsuldar ötermə müəllifi mükafatlarını cüzi fərqlə əldən verib. Bu mundialın onun karyerasındakı son dünya çempionatı olacağı ehtimal edilir. /teleqraf/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 İyul 2026 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri