Messi ilk qolunu xatırladı: “Ronaldinyo bunu bilərəkdən etdi” VİDEO
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Barselona”nın əfsanəvi keçmiş futbolçusu Lionel Messi karyerasının ilk qolunu və həmin anlarda Ronaldinyonun ona göstərdiyi dəstəyi xatırlayıb.
İdman.Biz xəbər verir ki, argentinalı hücumçu “Kemp Nou”dakı debütünün onun üçün unudulmaz olduğunu bildirib. O, ilk qolunun ötürməsini verən Ronaldinyonun həmin vaxt sanki hər şeyi öncədən planlaşdırdığını qeyd edib.
“Kemp Nou”da debüt etmək və ilk qolumu vurmaq inanılmaz idi. Ola bilsin ki, Ronaldinyo həmin ötürməni məhz mənim qol vurmağım üçün bilərəkdən etdi və həmin an fərqlənməyim üçün əlindən gələni etdi”, - deyə Messi söyləyib.
Qeyd edək ki, Messinin “Barselona”nın əsas komandasında rəsmi oyunlarda vurduğu ilk qol 2005-ci ilin mayında “Albasete”yə qarşı matça təsadüf edib. Həmin qolun ötürməsini məhz braziliyalı sehrbaz Ronaldinyo vermişdi.
Baxış sayı:83
Bu xəbər 14 Aprel 2026 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















