Messi millidən ayrılandan sonra dubl etdi: 934 cü qol, 1000 ə 66 qalıb VİDEO
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-nin “İnter Mayami” futbol komandasının hücumçusu Lionel Messi karyerasındakı 934-cü qolunu vurub.
İdman.Biz xəbər verir ki, 39 yaşlı argentinalı futbolçu buna MLS-in müntəzəm mövsümündə ABŞ-nin “DC Yunayted” komandası ilə oyunda nail olub. Mayamidəki “Nu Stadium”da keçirilən görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Messi 47-ci və 60-cı dəqiqələrdə fərqlənib, digər iki qolu Luis Suares vurub.
Bu, Messinin Argentina millisi ilə vidalaşandan sonra ilk oyunu olub. O, dörd gün əvvəl milli komandadakı 21 illik karyerasını başa vurub.
Hücumçu 934 qola 1179 rəsmi oyunda çatıb. O, bu qolların 672-ni İspaniyanın “Barselona”, 104-nü “İnter Mayami”, 32-ni Fransanın PSJ klublarında, 126-nı isə Argentina millisində vurub. 1000 qola çatmaq üçün Messiyə 66 top lazımdır.
Bombardirlərin tarixi siyahısına Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol komandasının hücumçusu Kriştianu Ronaldu başçılıq edir. Portuqaliyalı forvardın hesabında 1339 oyunda 980 qol var.
Messi MLS-in bu mövsümündə qollarının sayını 23-ə çatdırıb və liqanın bombardirlər siyahısında liderdir. “İnter Mayami” isə çempionatda beş oyunluq qələbəsiz seriyaya son qoyub. Bu, sentyabrın 16-da təyin olunan baş məşqçi Kristian Qonsalesin rəhbərliyi ilə liqada ilk qələbədir.
Qeyd edək ki, “İnter Mayami” əvvəlki matçında “Kolumbus Kru”ya 1:2 hesabı ilə uduzub.
Baxış sayı:141
Bu xəbər 11 Oktyabr 2026 09:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















