Messi MLSdə mövsümün ən dəyərli oyunçusu seçildi
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Argentina millisinin və “İnter Mayami” klubunun hücumçusu Lionel Messi Böyük Futbol Liqasında (MLS) mövsümün ən dəyərli oyunçusu seçilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Messi bu mövsüm 20 qol vurub və 16 məhsuldar ötürmə edib.
“İnter Mayami” müntəzəm mövsümdə birinci yeri tutub. Komanda pley-offun ilk mərhələsində “Atlanta”ya (seriyada 1:2) məğlub olub.
Qeyd edək ki, Messinin 37 yaşı var. O, səkkiz dəfə “Qızıl top”un sahibidir. Futbolçu karyerası ərzində İspaniyanın “Barselona”sı və Fransanın “Paris Sen-Jermen”inin rənglərini qoruyub, 2023-cü ilin yayından isə “İnter Mayami”də çıxış edir. Argentina millisi ilə forvard Dünya Kubokunu (2022) və Amerika Kubokunu (2021, 2024) qazanıb.
Xatırladaq ki, MLS-in pley-off mərhələsinin final oyunu dekabrın 8-də baş tutacaq. Burada “Nyu York Red Bulls” və “Los Anceles Qalaksi” komandaları çıxış edəcək.
Baxış sayı:91
Bu xəbər 07 Dekabr 2024 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















