Messi: Özümü Barselonaya aid hiss edirəm, qayıtmağı düşünürük Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi Barselonadakı həyatı ilə bağlı xatirələrini bölüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabrizio Romano sosial şəbəkə hesabında yazıb.
"Övladlarım orada doğulub. Mən bütün həyatım boyu Barselonada yaşamışam. Mən ona aid olduğumu hiss edirəm. Ailəm və mən bir gün orada yaşamaq üçün qayıtmağı düşünürük. Uşaqlarım, həyat yoldaşım və mən Barselonadakı həyat üçün çox darıxırıq", - deyə jurnalist Messinin sözlərini sitat gətirib.
Xatırladaq ki, Messinin klub karyerası İspaniya komandasında başlayıb: "Barselona" ilə hücumçu 10 İspaniya çempionluğu, səkkiz İspaniya Superkuboku, üç UEFA Kuboku və üç dəfə klublararası dünya çempionatının qalibi olub. Messi İspaniya çempionatının, "Barselona", "İnter Mayami"nin və Argentina millisinin tarixinin bombardiridir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 23 Noyabr 2024 09:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















