Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Icma.az, Qol.az portalına istinadən məlumat verir.
Lionel Messinin Argentina millisində son oyunundan sonra “Monumental” stadionunda təşkil olunan dron şousu azarkeşlərin narazılığına səbəb olub.
QOL.az xəbər verir ki, Argentina Benini 3:0 hesabı ilə məğlub etdikdən sonra 39 yaşlı kapitanın şərəfinə xüsusi şou hazırlanıb. Lakin şou başlamazdan əvvəl səmada Messinin deyil, tədbirin sponsorlarından olan sığorta şirkətinin loqosu peyda olub.
Reklam görüntüsü bir neçə saniyə davam edib və daha sonra Messi üçün hazırlanan şou başlayıb. Sponsorun loqosunun göstərilməsi tribunaların narazılığı ilə qarşılanıb. Azarkeşlər fitə basıb və etiraz səsləri səsləndiriblər.
Narazılıq Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti Klaudio Tapia ilə bağlı da olub. Stadionda onun ünvanına təhqiramiz ifadələr səsləndirilib.
Dron şousunun bir epizodunda isə Messi topa sağ ayağı ilə zərbə vuran formada təsvir edilib. Halbuki argentinalı futbolçu sol ayağı ilə oynaması ilə tanınır.
Bizi İnstaqramda izləmək üçün kliklə!
Baxış sayı:107
Bu xəbər 07 Oktyabr 2026 21:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















