Messi vida matçı üçün Argentina millisinə çağırıldı
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Səkkizqat “Qızıl top” mükafatı sahibi Lionel Messi vida matçı üçün Argentina milli komandasına çağırılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Argentina Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Messi avqustun 31-də Argentina millisindən ayrıldığını açıqlayıb. Argentina yığmasının sentyabrın 30-da Boliviya, oktyabrın 3-də Burkina Faso və oktyabrın 6-da Benin ilə yoldaşlıq oyunları keçirəcəyi bildirilir. Messinin sonuncu qarşılaşmadan əvvəl komandaya qoşulacağı gözlənilir.
Argentina Futbol Assosiasiyasının prezidenti Klaudio Tapia bildirib ki, Messi oktyabrın 6-da Argentinada keçiriləcək oyuna dəvət olunub və futbolçuya layiq vida mərasimi təşkil ediləcək.
39 yaşlı Messi 2023-cü ildən Şimali Amerikanın MLS liqasında çıxış edən “İnter Mayami” klubunun formasını geyinir. Karyerası ərzində “Barselona” və PSJ-də oynayan argentinalı futbolçu “Barselona” ilə dörd dəfə UEFA Çempionlar Liqasının qalibi olub.
Messi Argentina millisinin heyətində 207 oyun keçirib və 125 qol vurub. O, yığmanın həm oyun, həm də qol sayına görə rekordçusudur. Messi 2022-ci ildə dünya çempionu, 2008-ci ildə Olimpiya çempionu olub, 2021 və 2024-cü illərdə isə Amerika Kubokunu qazanıb.
Baxış sayı:47
Bu xəbər 16 Sentyabr 2026 09:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















