Messidən unikal rekord : Adı ABŞ polisinin hesabatında birincidir
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ polisi 2026-cı il futbol üzrə dünya çempionatı zamanı özünün və Federal Təhqiqatlar Bürosunun (FTB) qarşılaşdıqları təhdidləri açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Marca” məlumat dərc edib.
Mənbənin məlumatına görə, daxil olan təhdidlərin sayına görə Argentina millisinin hücumçusu Lionel Messi "rekordçu" olub.
Argentina və İordaniya (3-1) arasında qrup mərhələsi matçından əvvəl bir kişi Dallas hava limanına zəng edərək, əldəqayırma bomba və tüfənglərlə silahlanmış digər iki nəfərlə birlikdə stadiona basqın etməklə hədələyib, konkret olaraq da Messinin adını çəkib və onu öldürmək məqsədindən bəhs edib.
Messi 1/8 finalda Misirlə (3-2) oyundan əvvəl də təhdid alıb.
"Mən Atlantadakı stadiona gedib, bədənimə bərkidilmiş dörd bomba ilə Messini partlatmağa hazırlaşıram", - deyə bir kişi sosial şəbəkədə yazıb.
Bundan əlavə, zəng daxil olub ki, stadionun zibil qutularında üç bomba gizlədilib, lakin itlərlə aparılan axtarış məlumatın yalan olduğunu ortaya çıxarıb.
Təhdidlər, həmçinin Portuqaliya millisinin lideri Kriştianu Ronaldudan da yan keçməyib. FIFA-dan məlumat verilib ki, Portuqaliya milli komandasının qaldığı hoteldə "şübhəli bir kişi" Ronaldunun harada olduğu barədə ətraflı məlumat tələb edib. İki gün sonra həmin kişi Hyuston polisi tərəfindən elə həmin hoteldə həbs edilib. Analoji hadisə Torontoda da baş verib, orada başqa bir kişi Ronaldunun olduğu liftə girməyə cəhd edib.
Argentina-Misir matçının arbitri Fransua Leteksye mesencerlərdən birində 6000-dən çox təhdid alıb. Oxşar hal həmin matçın VAR hakimi Villi Delajonun da başına gəlib. Bu səbəbdən Fransada onların evləri və ailələri üçün təhlükəsizlik tədbirləri gücləndirilib. (oxu.az)
Bizim.Media
Baxış sayı:177
Bu xəbər 08 Avqust 2026 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















