Messinin görüşünə böyük maraq: 4700 bilet 13 dəqiqəyə satıldı
Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.
“İnter Mayami”nin hücumçusu Lionel Messinin İspaniyanın Ovyedo şəhərində azarkeşlərlə görüşü üçün ayrılan pulsuz biletlər 13 dəqiqəyə tükənib.
Apasport.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.
Təşkilatçılar tədbir üçün 4700 bilet ayırıblar. Bununla belə, bilet satışı üçün yaradılan virtual növbədə eyni vaxtda 16 200 nəfərədək istifadəçi olub.
Tədbir oktyabrın 22-də "Asturiya Şahzadəsi" mükafatı həftəsi çərçivəsində keçiriləcək. Argentinalı futbolçu Ovyedo İdman Sarayında uşaqlar və gənclərlə görüşəcək.
Qeyd edək ki, Messi ertəsi gün idman sahəsindəki nailiyyətlərinə və xeyriyyəçilik fəaliyyətinə görə "Asturiya Şahzadəsi" mükafatına layiq görüləcək.
“Çelsi”nin kapitanı əməliyyat olunub “Qalatasaray” 15 milyonluq hücumçunu transfer etmək istəyir “Milan”ın futbolçusu avrokuboklarda tarix yazdı “Qalatasaray”da ayrılıq siqnalı – Yeni transfer getmək istəyir “Beşiktaş”a Orkun Kökçüdən şad xəbər
Baxış sayı:118
Bu xəbər 19 Oktyabr 2026 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















