Icma.az
close
up
RU
Messinin komandası böhrandadı

Messinin komandası böhrandadı

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Lionel Messinin və “dostlarının” şərəfini qoruduğu “İnter Mayami” ciddi böhrana düşüb.
Əslində mövsüm həm argentinalı superulduz, həm də onun komandası üçün yaxşı başlamışdı. Amma aprelin sonlarından etibarın nəticələr pisləşməyə başladı. Əvvəlcə Mayami təmsilçisi KONKAKAF Çempionlar Kubokunun yarımfinalında “Vankuver”ə ümumilikdə 1:5 uduzaraq mübarizəni dayandırdı.
MLS-də isə son 4 turda cəmi 4 xal qazanan komanda bazar ertəsinə keçən gecə evdə “Orlando Siti” önündə 3 cavabsız qol buraxaraq rüsvay oldu. Özü də qonaqlar bir qədər diqqətli olsaydılar, daha böyük hesabla qalib gələ bilərdilər. Bu, “İnter Mayami”nin son 7-ci rəsmi oyunda 5-ci məğlubiyyəti oldu! Öz zonasında bir ara lider olan komanda artıq 6-cı pilləyə qədər geriləyib.
“Qızıl top”un 8 qat qalibi son məğlubiyyətin ardından “Apple TV”yə açıqlamalar verib. O, komanda yoldaşlarını ruhlandırmağa çalışıb, eyni zamanda hakimlikdən şikayətlənib. Çünki son qarşılaşmada bir epizodda “Orlando”nun qapıçısı komanda yoldaşından qəbul etdiyi topu əlinə götürsə də, hakim oyunu davam etdirdi:

“Çətin dönəmdən keçirik. Amma həvəsdən düşməməli və əl-ələ verərək bunun öhdəsindən gəlməliyik. Əsl komanda çətinə düşdükdə bilinir. Çünki işlər yaxşı gedəndə hamıya asan olur. Ancaq bu cür çətinliyin öhdəsindən gəlmək asan olmur. Nəticələri yaxşılaşdırmaq üçün hər şeyə sahibik. Bu uğursuzluqları unudub növbəti matça köklənməliyik. Bu ayın sonuna qədər 3 oyunumuz qalıb. Klublararası DÇ-yə qədər psixoloji cəhətdən toparlanmalıyıq. Əslində ilk yarıda heç də pis təsir bağlşlamadıq. Rəqibə kifayət qədər çətinliklər yaratdıq. Onların qapıçısının komanda yoldaşından gələn topu əlinə götürməsi bir qədər qəribə oldu. Hakim mənə bununla bağlı qaydaları bilmədiyini dedi. Məhz həmin anda qapıçının uzun ötürməsindən sonra “Orlando Siti” hesabı açdı. Təbii ki, bu məqam uğursuzluğa bəhanə ola bilməz. Amma hakim səhvinin bəzən nəticəyə təsir göstərdiyi anlar olur. Burda həmişə hakimlərlə nəsə baş verir. Fikrimcə, MLS rəhbərliyi bu məsələyə və oyunlara təyinat alan hakimlərə daha çox diqqət ayırmalıdı”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 May 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see664

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see282

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see272

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see257

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see240

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see234

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see230

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see221

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see207

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see206

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see195

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see195

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see188

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see188

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see184

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see183

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see182

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see178

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see175

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri