Messinin vida matçı bu tarixdə olacaq
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Argentina milli komandasının baş məşqçisi Lionel Skaloni komandanın kapitanı Lionel Messinin yığmaya qoşulma vaxtı və gözlənilən vida oyunu barədə danışıb.
“Qafqazinfo” “Diario Ole” nəşrinə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis Messinin komandaya nə vaxt qoşulacağını açıqlayıb:
“Messi həftənin sonunda, Burkina-Faso ilə yoldaşlıq matçından sonra ölkəyə gələcək. Hərçənd, oktyabrın 3-də oynamaq istəsə, bunu edə bilər”, – deyə Skaloni bildirib.
Qeyd edək ki, 2026-cı il Dünya Çempionatının gümüş mükafatçısı olan Argentina yığması yaxın günlərdə üç yoldaşlıq görüşü keçirəcək: “Albiseleste” Boliviya (30 sentyabr), Burkina-Faso (3 oktyabr) və Benin (6 oktyabr) seçmələri ilə üz-üzə gələcək.
Diqqətçəkən məqam odur ki, oktyabrın 6-da keçiriləcək Beninlə qarşılaşma Lionel Messinin Argentina milli komandasının formasında son çıxışı olacaq. Əfsanəvi futbolçunun məhz öz vida matçında komandanı kapitan sarğısı ilə meydana çıxaracağı gözlənilir.
Qeyd edək ki, Lionel Messi Argentina milli komandası ilə ümumilikdə 207 oyuna çıxıb və 125 qola imza atıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 30 Sentyabr 2026 19:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















