Icma.az
close
up
RU
Məsuliyyətsiz informasiya medianın etibarına zərbə vurur

Məsuliyyətsiz informasiya medianın etibarına zərbə vurur

Tribuna saytına istinadən Icma.az xəbər verir.

Medianın əsas missiyalarından biri də ölkənin ən müxtəlif sahələrin hadisələri doğru-düzgün şəkildə ictimaiyyətə çatdırmaqdır. Amma bir çox hallarda isə biz bunun tam əksinin şahidi olmaqdayıq. Belə ki, bəziləri ya qeyri-peşəkarlıqdan, ya hansıasa korprotavim maraqlar səbəbindən həqiqətə uyğun olmayan xəbərlər yaymaqla ictimaiyyəti çaşdırırlar. Bununla da məqsədyönlü şəkildə məsələyə aidiyyatı olmayan şəxslərin şərəf və ləyaqətinə, işgüzar imicinə zərbə vururlar. Axı medianın vəzifəsi hər hansısa neqativ hadisədə birbaşa və dolayı iştirakı olan şəxslər barəsində məlumat yayanda ilk növbədə hər hansı bir şəxsin şərəf və layəqətinə, insanın işgüzar nüfuzuna xələl gətirmədən peşə və etik davranış qayadalarına uyğun olaraq ictimaiyyətə çatdırmaqdır. Bununla da həmin şəxslər bütövlükdə medianın fəaliyyətinə kölgə salmış olurlar.
Konkret fakta gəldikdə, cari ilin iyul ayında işğaldan sonra yenidən bərpa olan Ağdam rayonunun Xıdırlı kəndinin güclü yağışlar nəticəsində su basması zamanı bəzi media orqanı belə qeyri-peşəkarlığa yol verib. Adı çəkilən media orqanı heç bir araşdırma aparmadan hadisə ilə bağlı tamamilə qərəzli məlumat yayıb. Media orqanı Xıdırlı kəndinin su basmasında “Körpü Bina Tikinti” MMC və onun direktoru Xəlil Göyüşovu hədəf seçməklə “fantaziyalarını” işə salıb. “Yaradıcılıq qabliyyətlərini” ortaya qoyan media orqanı Xıdırlı kəndinin su-kanalizasiya xəttini çəkdiyini və baş verən hadisənin də “Körpü Bina Tikinti” MMC düzgün tikinti işləri aparmaması nəticəsində baş verdiyini iddia edir. Media orqanı daha uzağa gedərək “Körpü Bina Tikinti” MMC-ni 2023-cü ilin oktyabr ayında Bakı və Abşerona yağan güclü yağış nəticəsidə Sabunçu iki nəfərin ölümü ilə nəticələnən tunelin tikintisində də ittiham edib.
Amma onu qeyd etmək laızmdır ki, nə həmin tuneldə baş verən ölüm hadisə ilə, nə Xıdırlı da baş verənlə heç bir əlaqəsi yoxdur.
Burada məqsəd nə “Körpü Bina Tikinti” MMC-ni, nə də onun rəhbəri Xəlil Göyüşovu müdafiə etməkdir. Niyyətimiz məsələyə və problemə obyektiv yanaşmanı təmin etməkdir.
Birincisi onu qeyd edək ki, dünyanın heç bir ölkəsi təbbi fəlakətdən sığortalanmayıb. Təbii fəlakətlər, güclü yağışların yaratdığı fəlakətlər təkcə Bakıda və ya Azərbaycanın müxtəlif bölgələrində deyil, dünyanın ən inkişaf etmiş ölkələrin də qeydə alınır. Bununla bağlı yetərincə faktlar sadalamaq olar.
Təbii ki, bununla görülən işlər zamanı baş verən hansısa nöqsanları ört-basdır etmək niyyətimiz də yoxdur. İstənilən layihənin tikinti zamanı nösanlara yol verilə bilər, o cümlədən belə bir nöqsan “Körpü Bina Tikinti” MMC-nin tikdiyi hansısa layihənin icrası zamanı baş verə bilər. Amma məsələ orasındadır ki, “Körpü Bina Tikinti” MMC-nin Xıdırlıdakı tikinti ilə heç bir əlaqəsi yoxdur və layihə bur quurm tərəfindən icra olunmayıb.
Media orqanı TV” məsələnin obyektiv şəkidə təqdim etmək istəyirdisə, o zaman “Körpü Bina Tikinti” MMC və onun rəhbəri haqqında ittihamı səsləndirməzdən öncə məsələni daha dəqiq obyektiv şəkildə araşdırmalı, ondan sonra ictimaiyyətə çatdırılmalı idi. Yoxsa, Xıdırlı kəndinin kanalizasiya xəttinin çəkilməsi ilə bağlı keçirilən tenderdə və layihənin icarsında iştirak etməyən “Körpü Bina Tikinti” MMC-nin ittiham etmək absurddur.

Layihə icra olunduqdan sonra həmin layihə dövlətin müvafiq qurumları tərəfindən yoxlanılaraq istifadəyə götürülür. Əgər zamanında tikinti ilə bağlı “Körpü Bina Tikinti” MMC-yə belə bir irad bildirilməyibsə, deməli bu gün səslənən ittihamlar yersiz, qərəzli və absurddur. Ən azından həmin tunelin istifadəyə verilməsində bir neçə il keçir və bu müddət ərzində Bakıda dəfələrlə güclü yağışlar olub. Amma həmin tuneldə hər hansı problem yaşanmayıb. Bu isə onu deməyə əsas verir ki, son hadisədən sonra “Körpü Bina Tikinti” MMC-yə hədəf seçib ittiham etmək ən yumşaq ifadə etsək yersiz və əsassızdır. Bununla da bəzi media orqanlaır və onların əməkdaşları he bir araşdırma aparmadan “babam mən kor dedi, hər yetəni vur dedi” prinsipinə əsaslanaraq fəaliyyət göstərirlər. Amma onlar unudrlar ki, onlar “xoruz başın kola salar, quyruğundan xəbəri olmaz” misalını yaddan çıxarıb çirkin əmələ əl atmaqla əslində bütün medianın fəaliyyətinə kölgə salmış olurlar.
Əgər media orqanın Xıdırlının kanalizasiya layihəsinin icrasında “Körpü Bina Tikinti” MMC-nin iştirakı ilə konkret sübutları varsa ortaya qoysunlar. Axı belə bir fakt yoxdur.
Əksinə bəzi media orqanı belə həqiqətuyğun olmayan, yalan, qərəzli məlumat yaydığına görə, özləri hüquqi məsuliyyət daşıyan əməllərə yol verirlər. Onlar bunun fərqində olsalar daha yaxşı olar. Yoxsa hesab edirlər ki, hay-küy salmaqla nəyəsə nail olmaq olar. Yox, cənablar. Bu yol heç kimə başucalığı gətirən yol deyil.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 25 Sentyabr 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri