“Meta” 20 milyard dollardan çox borc almağa hazırlaşır
Banco.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Müəllif:Mehin Qasımova,Banco.az
“Meta” şirkəti süni intellekt sahəsinə yatırımlarını maliyyələşdirmək məqsədilə dollar və avro ilə ifadə olunan istiqrazlar buraxaraq ən azı 20 milyard dollar cəlb etməyi hədəfləyir.
Banco.az xəbər verir ki, “Bloomberg”in məlumatına görə, şirkət potensial istiqraz buraxılışından əvvəl investorların marağını və bazar tələbatını qiymətləndirir. İnvestor tələbindən asılı olaraq cəlb ediləcək vəsaitin həcmi 20 milyard dolları keçə bilər.
Məlumata əsasən, “Meta” investorlarla görüşlərin təşkili üçün “Citigroup” və “Morgan Stanley” banklarına müraciət edib.
İstiqraz buraxılışı baş tutarsa, bu, şirkətin son altı ayda ilk böyükmiqyaslı borclanması və avro ilə ilk istiqraz emissiyası olacaq.
Bu addım “Meta”nın maliyyə mənbələrini müxtəlif valyutalar üzrə şaxələndirmək strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 03 Noyabr 2026 09:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















