Icma.az
close
up
RU
Meta 567 milyon dollar cərimələnib

Meta 567 milyon dollar cərimələnib

Icma.az bildirir, Banco.az portalına istinadən.

Müəllif: Gülnar Əhmədli, Banco.az

ABŞ-nin Nyu-Meksiko ştatında məhkəmə Meta şirkətinin Facebook və Instagram platformalarının gənclərin rifahına mənfi təsir göstərdiyi qənaətinə gələrək şirkətə qarşı mühüm qərar qəbul edib.

Banco.az xəbər verir ki, qərar həm maliyyə sanksiyasını, həm də platformalarda təhlükəsizlik tədbirlərinin gücləndirilməsini nəzərdə tutur.

Məhkəmə Meta-nın platformalarının uşaqlarda asılılıq yaratdığını və onların cinsi istismardan qorunması sahəsində kifayət qədər tədbir görmədiyini əsas gətirib. Qərara əsasən, şirkət 567 milyon dolları gənclərin psixi sağlamlığı fonduna ödəyəcək.

Bundan başqa, Meta 5 il ərzində yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə aylıq məhdudiyyətlər tətbiq etməli, bildirişləri məhdudlaşdırmalı, böyüklərin azyaşlılarla əlaqəsini daha ciddi nəzarətdə saxlamalı, süni intellekt çat-botlarının uşaqlarla romantik və ya cinsi məzmunlu ünsiyyətinin qarşısını almalı, həmçinin uşaq istismarı ilə bağlı şikayətləri daha ciddi araşdırmalıdır.

Meta qərardan apellyasiya şikayəti verəcəyini açıqlayıb. Şirkət bəzi tələblərin texniki baxımdan mümkün olmadığını və qərarın faktları düzgün əks etdirmədiyini bildirib.

Nyu-Meksikonun baş prokuroru Raul Torrez isə bu qərarın təkcə Meta üçün deyil, bütün sosial media sektoru üçün presedent ola biləcəyini vurğulayıb. Onun sözlərinə görə, qərar digər ştatlar və ölkələr üçün də nümunə rolunu oynaya bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://banco.az
archiveBu xəbər 07 Avqust 2026 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see436

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see287

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see278

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see273

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see255

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see253

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see246

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see238

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see237

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see237

Bakıda qadından nəhəng, 6 kq lıq şiş çıxarıldı

21 Sentyabr 2026 16:14see236

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see230

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

21 Sentyabr 2026 21:24see229

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

21 Sentyabr 2026 23:31see221

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

21 Sentyabr 2026 23:00see221

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see214

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

22 Sentyabr 2026 10:39see197

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see181

Çox qısa və çox uzun yuxu sürətlənmiş qocalma əlamətləri ilə əlaqələndirilib

21 Sentyabr 2026 21:06see180

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri