“Oğlumu şəhid olandan sonra tanıdım” Milli Qəhrəman Pəncəli Teymurovun anası+ÖZƏL
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Sabah Azərbaycanda Zəfər bayramıdır. Azərbaycan xalqı hər zaman sevincli, şad olsun. Məni də Astarada keçiriləcək Zəfər gününə dəvət ediblər. Böyük məmnuniyyətlə gedib iştirak edəcəm. Allah bir daha Azərbaycan xalqın müharibə qismət etməsin. Gənclərimiz, uşaqlarımız xoş günlər keçirsinlər. Bir daha heç kim müharibə, güllə səsi eşitməsin. Şükür Allaha 30 il çəkdiyimiz əzab-əziyyətlər bitdi. Biz prezidentimizin siyasəti ilə, əsgər və zabitlərimizin canı və qanı bahasına bu zəfəri qazandıq. İndi biz azadıq və qalib bir dövlətik. Mən şəhid anası da olsam bu qalib ölkəyə, xalqa minnətdaram, öz təşəkkürümü bildiririk. Bayrağımız necə yüksəklərdə dalğalanırsa, o bayraq bir daha enməsin. Amin”
Bunu Moderator.Az-a açıqlamasında şəhid, Milli Qəhrəman Pəncəli Teymurovun anası Vahimə Teymurova deyib. O daha sonra əlavə edib:
“Pəncəli kimi igidlər Azərbaycanda çox olmalıdır. Onun kimi vətənpərvər, qəhrəman, dürüst, igid, mərd oğullar yetişməlidir. Amma Pəncəlinin ömrünü heç kimə arzu etmirəm. Onu 18 yaşa kimi mən böyüdüb, boya-başa çatdırdım, hərbi xidmətə yola saldım. Amma 18 yaşından sonra 17 il o hərbidə qulluq etdi. Onun evə gəlişi 1-2 saat olanda sevinirdik. Elə gün olurdu ki, 5 dəqiqə gəlib, bizi başa çıxıb gedirdi. Biz onun haqqında heç nə bilməmişik. Mən oğlumu tanımamışdım. Pəncəlini şəhid olandan sonra tanımışam ki, o kim olub?! Çünki Pəncəli bir kəlmə də olsun dövlətin sirrini bizə verməzdi. Ondan bir kəlmə söz soruşanda bir ana kimi xəcalət çəkirdim. O elə şərait yaradırdı ki, üzüm gəlmirdi ikinci kəlməni soruşum. Mən arzu edirəm ki, gələcək nəslimiz də Pəncəli kimi olsun” deyə o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 07 Noyabr 2026 21:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















