Bekiri: Rəqiblə başabaş mübarizə apardıq
futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Misli Premyer Liqasının XI turunda səfərdə “Zirə”yə məğlub olan (1:2) “Qəbələ”nin baş məşqçisi Yeton Bekiri oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, şimali makedoniyalı mütəxəssis ilk növbədə oyun haqqında fikirləini bölüşdü:
– Oyunun böyük bir hissəsi planlaşdırdığımız kimi getdi, yaxşı futbol göstərdik. Lakin son 20 dəqiqədə komanda fiziki baxımdan çatdıra bilmədi. 89-cu dəqiqədə qol buraxmaq istənilən məşqçi üçün ağır zərbədir. Ən üzücü məqam odur ki, həmin epizodda qol vuran rəqib futbolçunun ətrafında ona mane olmalı və zərbəsini qarşısını almalı olan 5 oyunçumuz var idi. Lakin bu, futboldur, belə hallar yaşanır. Səhvlərimiz üzərində çalışıb problemləri aradan qaldırmalıyıq.
– “Qəbələ”nin hücumda əsas problemi zərbə və ya son ötürmə anında düzgün qərar verə bilməməsidir. Bu, futbolçuların keyfiyyətindən irəli gəlir, yoxsa başqa səbəb var?
– Sizinlə razıyam, hücum xəttində müəyyən çatışmazlıqlarımız var. Qolları böyük əziyyət hesabına vururuq, rahat epizodlarımız alınmır. Bu, bəzi hallarda keyfiyyətlə, bəzi hallarda isə məşq prosesi ilə bağlıdır. Düşünürəm ki, üzərimizdə işləmək və nələrisə düzəltmək üçün hələ vaxtımız var. “Zirə”ni təbrik edirəm. Rəqiblə başabaş mübarizə apardıq. Son turlarda kifayət qədər çətin oyun qrafikimiz var idi. İşləməyə və inkişaf etməyə davam edəcəyik.
– Eşqin Əhmədov ilk dəfə əsas milli komandaya dəvət aldı. Onun performansını necə qiymətləndirirsiniz və bu yüksəlişdə öz rolunuzu nə qədər görürsünüz?
– İlk növbədə, Eşqini milliyə dəvət alması münasibətilə təbrik edirəm. O, keyfiyyətli futbolçudur və uzun müddətdir ki, klubun şərəfini qoruyur. Onun bu səviyyəyə çatmasında indiyədək birlikdə çalışdığı bir çox məşqçinin böyük əməyi olub. Deyə bilərəm ki, onun əsas milliyə çağırılmasında mənim də kiçik rolum və köməyim var.
Ayxan Zayıdzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 07 Noyabr 2026 21:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















