Icma.az
close
up
RU
Meta nın rəhbəri Zukerberqin anti inhisar işi üçün lobbiçilik etdiyinə dair iddia

Meta nın rəhbəri Zukerberqin anti inhisar işi üçün lobbiçilik etdiyinə dair iddia

Icma.az, Bizimyol saytına istinadən bildirir.

"Meta"nın Baş İcraçı Direktoru Mark Zukerbergin, şirkətinin "Instagram" və "WhatsApp"ı alaraq sosial mediada inhisar yaratdığı iddiası ilə açılan "anti-inhisar" işində razılaşma əldə etmək üçün lobbiçilik etdiyi iddia edilib.

Bizimyol.info xəbər verir ki, "Washington Post" (WP) qəzetinin mövzuya dair məlumatlı mənbələrə istinadən verdiyi xəbərə görə, ABŞ Federal Ticarət Komissiyasının (FTK) "Meta"ya qarşı açdığı anti-inhisar işinin məhkəmə iclası 14 aprel tarixində keçiriləcək.

Zuckerberg, ABŞ Prezidenti Donald Tramp ilə anti-inhisar işinə dair mümkün razılaşma şərtlərini müzakirə etmək üçün dünən Ağ Evə gedib.

Komandasında bəzi şəxslər, Trampın prezidentliyə başlamasından bəri Zuckerbergin bu ziyarətinin 3-cü görüşləri olduğunu qeyd edərək, şirkətin həyata keçirdiyi lobbiçilik fəaliyyətinin çox aqressiv olduğunu bildirib.

Keçmiş FTK rəhbəri Jon Leibovitz: "Anti-inhisar işlərinə qarışan böyük şirkətlərin Ağ Evə getməsi nadir bir haldır, amma əvvəllər də baş verib, lakin Ağ Evin anti-inhisar qurumuna bu cür məlumat verdiyini heç vaxt görməmişəm, çünki bunun uyğunsuz olacağını bilirlər. Əgər bu davam edərsə, FTK-nın doğru olduğunu düşündüyü şeyi edəcəyinə inamım tamdır", - deyə bildirib.

Komandadan bir nəfər, Trampın hələ şirkətlə razılaşıb-razılaşmamaq qərarına gəlmədiyini bildirib.

Ağ Ev sözçüsü Karoline Leavitt və FTK sözçüsü məsələyə dair hələlik açıqlama verməyiblər.

ABŞ Prezidenti Tramp, müstəqil olması gərəkən FTK-nın üzərindəki nəzarətini artırmaq məqsədilə keçən ay iki Demokrat üzvü vəzifədən uzaqlaşdıraraq qurumda yalnız iki Respublikaçı üzvün qalmasına səbəb olub. FTK buna baxmayaraq, işi izləməyə davam edəcəyini açıqlayıb.

Komissiya, "Meta"nın 2012-ci ildə "Instagram"ı 1 milyard dollara və 2014-cü ildə "WhatsApp"ı 19 milyard dollara alması ilə şirkətin sosial media üzərindəki inhisarını qorumaq məqsədilə qanunsuz hərəkət etdiyi iddiası ilə 2020-ci ildə iş açmışdı.

FTK "Meta"nın bu alqı-satqılar üçün çox ödəniş etdiyi iddiasını irəli sürmüşdü.

"Meta" aprel ayında federal hakimdən FTK-nın işini məhkəmə iclası keçirilmədən rədd etməsini tələb etmişdi.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 Aprel 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri