Mətanət dünən buna görə efirə çıxmayıb
Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Aparıcı Mətanət Əliverdiyeva ötən gün bacısı komaya düşdüyü üçün “Xəzər axşamı” verilişinə çıxmayıb.
Axşam.az xəbər verir ki, aparıcı bu barədə proqramda danışıb:
“Dünən işə gələndə evdən çox pis bir xəbər aldım. Məndən 10 yaş böyük bacım şəkərli diabetdən əziyyət çəkir. Şəkəri 600-ə qalxıb və evdə yıxılaraq komaya düşüb. Ona zəng etdim. Zəng çatmadığından başa düşdüm ki, nəsə olub. Qardaşımın ailəsi mənə xəbər verdi ki, bacım komadadır.
Elə bir vəziyyətdə idim ki, artıq bacımı itirdiyimi düşünürdüm. Mən dünən gördüyümü gördüm, bizim həkimlərdən yoxdur. Mən hələ yolda olarkən, Sumqayıta çatana qədər ona yerindəcə müdaxilə etdilər, komadan ayıltdılar və xəstəxanaya yerləşdirdilər”.
Qeyd edək ki, ötən gün verilişin təkrarı tamaşaçılara təqdim olunub.
Baxış sayı:122
Bu xəbər 15 Oktyabr 2026 19:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















