Icma.az
close
up
RU
Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib

Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Mətbuat Şurası Türkiyənin bir sıra media resurslarında və sosial şəbəkə platformalarında ölkəmizə qarşı yayılan qərəzli məlumatları, təhrif olunmuş materialları və ictimai rəyin manipulyasiyasına yönəlmiş kampaniyaları ciddi narahatlıqla izləyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının yaydığı bəyanatda deyilir.

Mətbuat Şurasının bəyanatında bildirilib ki, son günlər Azərbaycanda yaşanan ayrı-ayrı hadisələrin kontekstdən çıxarılaraq təqdim edilməsi, ölkəmizin daxili məsələləri ilə bağlı müzakirələrin məqsədli şəkildə siyasiləşdirilməsi və təsdiqlənməmiş iddiaların fakt kimi yayılması peşəkar jurnalistikanın fundamental prinsiplərinə tamamilə ziddir:

“Azərbaycan Mətbuat Şurası xüsusi olaraq vurğulayır ki, jurnalistikanın ali vəzifəsi cəmiyyətləri bir-birinə qarşı qoymaq deyil, həqiqəti üzə çıxarmaq, ictimaiyyətə dəqiq məlumat çatdırmaq və qarşılıqlı anlaşmaya töhfə verməkdir. Ancaq təəssüflə qeyd edilməlidir ki, son günlər Türkiyənin bəzi media orqanlarında bunun tam əksi müşahidə olunmaqdadır. Belə ki, ölkəmizin ümumtəhsil müəssisələrində vahid məktəbli geyiminin tətbiqi barədə qərar kontekstdən çıxarılaraq təhrif edilir, Azərbaycanda guya “hicab qadağası”nın tətbiq olunması və İslami dəyərlərin sıxışdırılması barədə tamamilə əsassız iddialar yayılır. Həmçinin, sırf daxili təhsil qaydaları ilə bağlı olan bu məsələ süni şəkildə dini-ideoloji qarşıdurma müstəvisinə keçirilir, beləliklə ölkəmiz haqqında mənfi imicin formalaşdırılmasına cəhd göstərilir.

Dini azadlıqlar, təhsil siyasəti və cəmiyyətimizin ictimai-mədəni həyatı ilə bağlı məsələlərin təhrifi, mövzuya aidiyyəti olmayan köhnə və ya saxta foto-video materiallardan istifadə, habelə ayrı-ayrı marginal şəxslərin radikal fikirlərinin bütövlükdə Türkiyə cəmiyyətinin mövqeyi kimi təqdim olunması ictimai rəyin yanlış istiqamətə yönəldilməsi məqsədi daşıyır. Belə yanaşma nə obyektiv jurnalistika prinsiplərinə, nə də iki qardaş ölkə arasındakı mövcud strateji münasibətlərin ruhuna uyğundur”.

Bəyanatda narahatlıq doğuran digər məqamın bu qarayaxma kampaniyasının təkcə sosial şəbəkə seqmenti ilə məhdudlaşmadığı, Türkiyənin bəzi ənənəvi media orqanları tərəfindən də aparıldığı vurğulanıb: “Həmin materiallarda tənqid və fikir azadlığının sərhədləri açıq şəkildə aşılır, sosial şəbəkə hesablarında Azərbaycan Respublikasında konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və hakimiyyətin qeyri-qanuni yollarla ələ keçirilməsinə yönələn təhlükəli çağırışlara tribuna yaradılır.

Azərbaycan ilə Türkiyə arasında münasibətlər ortaq tarixə, dilə, mədəniyyətə, mənəvi dəyərlərə və sarsılmaz qarşılıqlı etimada söykənir. “Bir millət, iki dövlət” prinsipi ölkələrimizin müstəqil dövlətlər kimi bərabərhüquqlu əməkdaşlığını və qardaşlığını ifadə edir. Bu müqəddəs prinsipdən hər hansı ölkənin daxili və xarici siyasətinə müdaxilə, cəmiyyəti ideoloji qarşıdurmaya sürükləmək və ya əsassız ittihamlar irəli sürmək üçün bəraət aləti kimi istifadə oluna bilməz”.

Mətbuat Şurası Türkiyənin media qurumlarını, jurnalist təşkilatlarını, redaksiyalarını və rəqəmsal platformalarda ictimai rəyə təsir göstərən şəxsləri Azərbaycana dair məlumatları dərc etməzdən əvvəl onları etibarlı mənbələr əsasında yoxlamağa çağırıb: “Şura faktların təhrifinə, saxta və kontekstdən çıxarılmış görüntülərin yayılmasına yol verməməyə, Azərbaycan dövlətinin və xalqının ünvanına yönələn təhqir, böhtan və nifrət ritorikasından çəkinməyə, aşkar edilmiş yanlış məlumatları operativ şəkildə düzəltməyə və təkzib etməyə, eləcə də iki ölkə arasındakı münasibətlərə zərər vura biləcək hər növ manipulyativ kampaniyalara qarşı prinsipial mövqe nümayiş etdirməyə çağırır.

Azərbaycan Mətbuat Şurası bəyan edir ki, həqiqətin təhrifinə, dezinformasiyanın yayılmasına və media imkanlarından ölkələrimiz arasında etimadı sarsıtmaq məqsədilə istifadəyə qarşı öz prinsipial mövqeyini bundan sonra da nümayiş etdirəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 19 Oktyabr 2026 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see314

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see310

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see293

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see273

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see269

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see264

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see254

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see241

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see233

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see229

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see227

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see225

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see224

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see219

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see219

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see205

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see204

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see203

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see200

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri